Ana Sayfa > Təhsil > Qarabağın arxeoloji və etnomədəni irsinə həsr olunan konfransa tezislər qəbul edilir

Qarabağın arxeoloji və etnomədəni irsinə həsr olunan konfransa tezislər qəbul edilir


30-04-2021, 12:06. Yazar: sevinc1
Qarabağın arxeoloji və etnomədəni irsinə həsr olunan konfransa tezislər qəbul edilir

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda mayın 21-də keçiriləcək onlayn elmi konfransa tezislər qəbul olunur.

Bu barədə institutdan bildirilib.

Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr nəzərdə tutulur:

- Qarabağın arxeoloji abidələrinin tədqiqi tarixi;

- Qarabağ abidələrinin hazırkı vəziyyəti və aparılacaq tədqiqatların perspektivləri;

- Qarabağın alban irsi;

- Qarabağda etnodemoqrafik proseslər;

- Qarabağ əhalisinin ənənəvi təsərrüfat fəaliyyətinin, maddi və mənəvi mədəniyyətinin xüsusiyyətləri;

- Qarabağda etnoloji və antropoloji tədqiqatların perspektivləri.

Bu istiqamətlər üzrə 3 səhifə həcmində tezislər mayın 7-dək [email protected][email protected] ünvanlarına göndərilməlidir.

Konfransın keçirilmə tarixi ərəfəsində tədbir iştirakçılarının elektron poçtuna “Zoom” proqramının müvafiq linki göndəriləcək.

AİA.Az
Geri dön