Mobil versiya
Bəstəkardan ürəkdağlayan notlar - "Baloğlan" özü xalq üçün bir titul, bir dərəcə idi"
Tarix: 27-04-2021 | Saat: 11:09
Bölmə:Şou-biznes | çapa göndər

Bəstəkardan ürəkdağlayan notlar - "Baloğlan" özü xalq üçün bir titul, bir dərəcə idi"

"Adamın mahnıları 40 ildir xalqın dilində, nəğmələri başqa ölkələrin ulduzlarının repertuarında, özü də ən ilk gündən xalqın artisti idi... Dünyadan köçərkən "Əməkdar" deyirlər... 69 yaşında. Məncə, "Baloğlan" özü xalq üçün bir titul, bir dərəcə idi".

Bu sözləri müğənni-bəstəkar Murad Arif gecə saatlarında dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovun ünvanına yazıb. O, mərhum müğənni ilə bağlı xatirələrini bölüşüb:

"Çox zaman sənət və şəxsiyyət mövzusunda mübahisələr olur... İndi deyim, hər kəsin şəxsi həyatı şəxsi məsələdir. Amma sənətində təkrarsız, gözəl olan biri öz yerini, ağzının danışığını da bilirsə, olur tam. Bax, Baloğlan Əşrəfov həmişə tam olub. Fərqli, istedadlı və mədəni.

Baş ağrısı olmasın. 2016-cı il idi, müğənni Eltonun musiqi direktoru idim. Bir dəfə birlikdə məclisdə idik. O toya gələndə də "filankəslərin məclisidir" deyə, bir söz demişdi kimsə. Çox yadımda qalmayıb, nə isə... Toyu Baloğlan müəllim öz ansamblı ilə aparırdı... Qonaqlar da Baloğlan tərzi, üslubunu, mahnılarını istəyirdi yalnız. Elton da dəvət almışdı. Olur də, məclisdə 2-3 nəfər şuluqluq salmağa, mane olmağa cəhd edər. Kimsə, Eltonun repertuarına müdaxilə etmək istəyir, bəlkə də yersiz sifariş var, ya nədirsə, səhnədə narahatlıq yaranır. Bunu bizim masadan Baloğlan müəllim gördü, dərhal, sıçradı səhnəyə, mikrofona 2 kəlmə söz dedi... Zabitəsi, ciddiliyi və kim olmasını hiss etdim, məclis sahibinə irad bildirdi, o adamları da anında çəkdilər səhnədən uzağa, Elton ifasına davam etdi, ən sona qədər də hər şey rahat keçdi. Bir çoxu bu hadisəyə kənardan baxar, azarkeşlik edər, sevinərdi ki, "Bu cavanlar göylə gedir, qoy başı ağlına gəlsin", yaxud qürrələnər ki, "Görürsən camaat məni tələb edir"... Həm də hər adamın cürəti deyil ki, filankəsin toyunu dayandırıb, məclis əhlinə irad bildirsin. Bu epizodla Baloğlan Əşrəfovu şəxsiyyət kimi kəşf etdim. Sonralar daha çox görüşdük, tanıdım, dəyər verdim, dəfələrlə verilişlərimdə qonaq oldu. Şahidəm ki, insanlar onun özünün də, səsinin də, nəğmələrinin də vurğunu idi.

Bu yaxınlarda ağlıma gəldi ki, elə-belə, səbəbsiz zəng edim, hal-əhvalını soruşum. Çəkindim, ertələdim, gec oldu...
Xalqın adamı xalqdan getdi. Başınız sağ olsun...".

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024