Qardaşlıqdan Strateji Müttəfiqliyə: Prezident İlham Əliyevin Qazaxıstana Dövlət Səfəri
Tarix: 23-10-2025 | Saat: 15:22
Bölmə:Siyasət | çapa göndər

20–21 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında münasibətlərin yalnız diplomatik deyil, tarixi və strateji dərinlik kəsb etdiyini bir daha təsdiqlədi. Diplomasiyada “dövlət səfəri” anlayışı ən yüksək səviyyəli münasibətlərin göstəricisi hesab olunur və bu səfər Azərbaycan-Qazaxıstan əlaqələrinin yeni mərhələyə yüksəldiyini nümayiş etdirdi.
Astanada Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirildi. Bu Şura iki ölkə arasında ən yüksək siyasi dialoq platformasıdır və qərarların icrası dövlətlərarası əməkdaşlığa əməli xarakter verir.
İclasın gedişində enerji, nəqliyyat, sənaye, müdafiə, səhiyyə, təhsil, mədəniyyət və rəqəmsal texnologiyalar sahələrində çoxsaylı sənədlər imzalandı.Prezident Kasım-Jomart Tokayev səfəri belə qiymətləndirdi:
“Bu səfər strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malikdir.”
Prezident İlham Əliyev isə vurğuladı:
“Müzakirə etdiyimiz məsələlərdə mövqelərimizin tam uyğunluğu münasibətlərimizin nə qədər güclü platforma üzərində qurulduğunu göstərir.”
Bu açıqlamalar sübut edir ki, iki ölkə münasibətləri təkcə siyasi maraqlara deyil, xalqların ortaq dəyərlərinə və səmimiyyətə əsaslanır.
Səfər çərçivəsində diqqətçəkən ən müasir istiqamətlərdən biri Prezident İlham Əliyev və Prezident Tokayevin “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzinə etdiyi ziyarət oldu. Bu mərkəz Orta Asiyada rəqəmsal texnologiyalar, startap ekosistemi və elmi tədqiqatların inkişafında aparıcı platformadır.
Buradakı görüş zamanı Prezident İlham Əliyev bildirdi:
“Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik.”
Bu fikir Azərbaycanın innovasiya və rəqəmsal transformasiyanı milli prioritet elan etdiyini, Qazaxıstanla bu sahədə əməkdaşlıq imkanlarına xüsusi önəm verdiyini göstərir.Prezident Tokayev isə qeyd etdi ki:
“Xalqlarımız arasında dostluğun hərtərəfli möhkəmlənməsi və yeni sahələrdə əməkdaşlıq əsas məqsədimizdir.”
Beləliklə, “Alem.ai” yalnız texnoloji layihə deyil, eyni zamanda iki ölkənin gələcəyə birgə baxışının simvoluna çevrildi.
Səfərin mühüm məqamlarından biri “Orta Dəhlizin inkişafı” layihəsinin təqdimatı idi. Bu dəhliz Çin–Mərkəzi Asiya–Xəzər–Qafqaz–Avropa xətti üzrə yeni İpək Yolunun əsas dayaqlarından biri kimi formalaşır.
Azərbaycan bu layihənin strateji mərkəzi rolunda çıxış edir:
Bakı-Tbilisi-Qars dəmir yolu,
Ələt Beynəlxalq Dəniz Limanı,
Naxçıvanın gələcək tranzit potensialı,
Zəngəzur dəhlizi layihəsi bu sistemin əsas komponentləridir.
Prezident İlham Əliyev bu kontekstdə bildirdi ki, Zəngəzur dəhlizinin Azərbaycanın ərazisində bütün infrastruktur hissəsi 2026-cı ilin ortalarınadək tamamlanacaq və regional əlaqələrə yeni nəfəs verəcək.
Prezident Tokayev isə statistik rəqəmlərlə qeyd etdi ki, Orta Dəhlizlə yük daşımaları 4,5 milyon tona çatıb və yaxın illərdə bu rəqəmin 10 milyon tona yüksəlməsi planlaşdırılır.
Səfərin emosional məqamlarından biri Prezident Tokayevin Azərbaycan Prezidentinə milli qazax geyimi – “çapan” hədiyyə etməsi oldu. Bu hədiyyə sadəcə diplomatik jest deyil, dostluq, hörmət və etimadın simvolu kimi qəbul edilir.
Tokayev bu zaman qeyd etdi:
“Qazaxıstan və Azərbaycan yalnız dost dövlətlər deyil, həm də qardaş xalqlardır.”
Prezident İlham Əliyevin cavabı isə bu dostluğun tarixi köklərə əsaslandığını təsdiq etdi:
“Xalqlarımızı çoxəsrlik dostluq, mənəvi və mədəni ortaq dəyərlər birləşdirir.”
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni mərhələsinin başlanğıcı kimi tarixə düşdü. Bu səfər təkcə regional deyil, qlobal səviyyədə türk birliyinin və Avrasiya əməkdaşlığının möhkəmlənməsinə xidmət edir.
İki ölkə arasındakı əlaqələr artıq “qardaşlıqdan strateji müttəfiqliyə” yüksəlib və bu model türk dünyası üçün nümunə, regionun sabitliyi üçün təminat, gələcəyin iqtisadi və texnoloji inkişafı üçün güclü təməl hesab olunur.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-10-2025
14:42 Strateji tərəfdaşlıq