Mobil versiya
HƏRBİ QƏNİMƏTLƏR PARKI DÜŞMƏNƏ GÖZ DAĞI, QALİBİYYƏTİN SİMVOLUDUR
Tarix: 20-04-2021 | Saat: 17:20
Bölmə:Gündəm | çapa göndər

HƏRBİ QƏNİMƏTLƏR PARKI DÜŞMƏNƏ GÖZ DAĞI, QALİBİYYƏTİN SİMVOLUDUR


Aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılması hər bir azərbaycanlıda böyük sevinc və məmnunluq doğurdu. Bu parkda nümayiş etdirilən hər bir eksponat böyük Zəfərin bir parçasıdır. Çünki Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi böyük zəfərin, tarixi qələbənin rəmzidir. Parkın açılması tarixi qələbəmizin əbədiləşdirilməsi, şüurlarda daha dərindən iz qoymasıdır. Hərbi Qənimətlər Parkı, eyni zamanda, ordumuzun yenilməzliyindən, Ali Baş Komandanımızın gücündən, qətiyyətindən xəbər verir. Bu park və orada nümayiş etdirilən eksponatlar düşmənın ağır texnikasının, canlı qüvvəsinin necə böyük itkiyə məruz qaldığını göstərir.

Hərbi Qənimətlər Parkında düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər eksponatları nümayiş olunur. Vətən müharibəsində ordumuzun sürətli hücumundan vahiməyə düşən düşmən bu texnikaları döyüş meydanında ataraq qaçıb. Qəhrəman əsgərlərimiz bu texnikaların əksəriyyətini işlək vəziyyətdə ələ keçirib. Bu faktın özü ordumuzun müharibədə böyük qəhrəmanlıqlar göstərdiyinə, düşməni qorxuya saldığına nümunədir. Hərbi Qənimətlər Parkı uzun illər boyu Azərbaycan torpaqlarını işğal altında saxlayan, mənəvi, siyasi, hərbi deqrodasiyanın son həddinə yuvarlanmış Ermənistan ordusunun və işğalçı təfəkkürünün, həyat tərzinin aynasıdır. Azərbaycan bu parkı salmaqla ermənilərə öz gerçək simaları ilə tanış olmaq, işğalçı təfəkkürdən, nifrətdən uzaq durmaq üçün özlərini tanımaq və utanc hissi keçirmək imkanı yaradıb. Hərbi Qənimətlər Parkı həm də dünyaya çağırışdır. Revanşçı qüvvələrə, gözü başqalarının torpaqlarında olanlara işğalın, vandalizmin, insanlıq əleyhinə cinayətlərin aqibətini göstərən mesajdır. Qarabağ müharibəsi xalqımızın şanlı tarixidir və onun iradəsini, gücünü, birliyini nümayiş etdirdi. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. Bu müharibədə tarixi qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının zəfəridir. Parkda sərgilənmiş eksponatlardan, xüsusilə də erməni əsgərlərinin obrazından narahat olanlar isə yaxşı olar ki, Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə erməni əsgər və zabitlərinin sosial şəbəkələrdə paylaşılan fotoşəkillərə diqqətlə baxsınlar. 30 il əraziləri işğalda saxlayan və yüzlərlə kənd və şəhəri yer üzündən silmiş, dinc əhaliyə qarşı soyqırımı və deportasiya həyata keçirmiş işğalçı ordunun əsgərləri elə bu cür də göstərilməlidir. Olduqları kimi...

Hərbi Qənimətlər Parkının açılması isə xalqımızın və dövlətimizin tarixi uğurudur. Bu uğur hər zaman xalqımızın böyüklüyünün, onun məğlubedilməzliyinin bariz nümunəsidir.

Ağadadaş Həsənov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədr-müavini
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024