Mobil versiya
Ukraynanın infrastruktur naziri Azərbaycan Dövlət Aqrar Universitetində olub - FOTOLAR
Tarix: 15-04-2021 | Saat: 09:28
Bölmə:Təhsil | çapa göndər

Ukraynanın infrastruktur naziri Azərbaycan Dövlət Aqrar Universitetində olub


Bu gün Ukraynanın infrastruktur naziri Vladislav Krikliya Gəncə şəhərinə səfəri çərçivəsində böyük nümayəndə heyəti ilə Azərbaycan Dövlət Aqrar Universitetində olmuşlar.

Ukraynalı nazirin və nümayəndə heyətinin iştirakı ilə əvvəlcədən razılaşmaya görə Odessa Dövlət Aqrar Universiteti arasında online əməkdaşlıq memorandumu imzalanmışdır.Ukraynalı nazirə ADAU haqqında, universitetə göstərilən dövlət dəstəyi, möhtərəm cənab Prezidentin son 5 ildə 3 dəfə universitetdə olması, yeni tələbə yataqxanalarının, Şərqi Avropada belə analoqu olmayan yeni tədris korpusunun açılışında iştirakı barədə məlumat verilmişdir.Sonra Odessa universitetinin rektoru baytarlıq elmləri doktoru, prof.Mixail Broşkov əməkdaşlıq və imkanlar barəsində məlumat vermiş, ADAU ilə yaxın əlaqələr qurmaqda maraqlı olduqlarını bildirmişdir.

Nəticədə əməkdaşlıq memorandumu imzalanmışdır. Müəllim, tələbə mübadilələri, qarşılıqlı dərsliklərin yazılması, ixtisaslaşmış Şuraların yaradılması və s barədə razılıq əldə olunmuşdur.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024