Ana Sayfa > Təhsil > Ukraynanın infrastruktur naziri Azərbaycan Dövlət Aqrar Universitetində olub
Ukraynanın infrastruktur naziri Azərbaycan Dövlət Aqrar Universitetində olub15-04-2021, 09:28. Yazar: sevinc1 |
Bu gün Ukraynanın infrastruktur naziri Vladislav Krikliya Gəncə şəhərinə səfəri çərçivəsində böyük nümayəndə heyəti ilə Azərbaycan Dövlət Aqrar Universitetində olmuşlar. Ukraynalı nazirin və nümayəndə heyətinin iştirakı ilə əvvəlcədən razılaşmaya görə Odessa Dövlət Aqrar Universiteti arasında online əməkdaşlıq memorandumu imzalanmışdır.Ukraynalı nazirə ADAU haqqında, universitetə göstərilən dövlət dəstəyi, möhtərəm cənab Prezidentin son 5 ildə 3 dəfə universitetdə olması, yeni tələbə yataqxanalarının, Şərqi Avropada belə analoqu olmayan yeni tədris korpusunun açılışında iştirakı barədə məlumat verilmişdir.Sonra Odessa universitetinin rektoru baytarlıq elmləri doktoru, prof.Mixail Broşkov əməkdaşlıq və imkanlar barəsində məlumat vermiş, ADAU ilə yaxın əlaqələr qurmaqda maraqlı olduqlarını bildirmişdir. Nəticədə əməkdaşlıq memorandumu imzalanmışdır. Müəllim, tələbə mübadilələri, qarşılıqlı dərsliklərin yazılması, ixtisaslaşmış Şuraların yaradılması və s barədə razılıq əldə olunmuşdur. aia.az Geri dön |