Mobil versiya
Türkiyədə turizm sektorunda çalışanlar vaksinasiya olunub
Tarix: 12-04-2021 | Saat: 16:12
Bölmə:Gündəm | çapa göndər

Türkiyədə turizm sektorunda çalışanlar vaksinasiya olunub


Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Səhiyyə Nazirliyi və Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyinin (TGA) kordinasiyası ilə turizm sektorunda çalışan işçilərin peyvəndlənməsinə başlanıb.

Trend-in məlumatına görə, peyvəndləmə proqramı aviaşirkətlər, hava limanları, mehmanxanalar, turizm agentliklərinin işçilərini həmçinin peşəkar bələdçiləri də əhatə edəcək. Turizm sektorunda çalışan bütün işçilərin peyvəndlənməsi cari ilin yay mövsümünə qədər başa çatacaq. Peyvəndləmə proqramı “Etibarlı Turizm Sertifikat Proqramı” çərçivəsində qarşıdan gələn yay mövsümü üçün beynəlxalq ziyarətçiləri qəbul etməyi və turizm işçiləri ilə yerli turistlərin sağlamlığını və təhlükəsizliyini təmin etməyi hədəfləyir.

Türkiyə Covid-19 ilə mübarizədə və dünyanın ən etibarlı yerlərindən biri kimi mövqeyini daha da yaxşılaşdırma səylərinin bir parçası olaraq dünyanın bu sahədəki ilk və ən müvəffəqiyyətli nümunələrindən biri olan “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı”na investisiya qoymağa davam edir. Ölkə tətbiqetmənin əhatə dairəsini genişləndirərək 30 və ya daha çox otaqlı mehmanxanalar üçün məcburi etdi. İndiyə qədər 8 mindən çox turizm obyekti sertifikatlaşdırılıb.

Türkiyə 2021-ci ildə sağlam və etibarlı turizmin məkanı olmağa davam etmək üçün bütün tədbirləri alır və beynəlxalq ziyarətçilər üçün etibarlı səyahət baxımından ən yaxşı seçimlərdən biri olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024