Mobil versiya
Turizm və Menecment Universitetinin tələbələri bank xidmətləri və təcrübə proqramları barədə məlumatlandırılıb
Tarix: 12-04-2021 | Saat: 15:32
Bölmə:Təhsil | çapa göndər

Turizm və Menecment Universitetinin tələbələri bank xidmətləri və təcrübə proqramları barədə məlumatlandırılıb

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri və “Yelo Bank” əməkdaşlarının iştirakı ilə görüş keçirilib.

Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, “Yeloya xoş gəlmisiniz” adlı onlayn görüşdə bankın məsul əməkdaşları tələbələrə bank xidmətləri, rebrendinq və transformasiya, “Yelo Bank”ın dəyərləri, “Yelo” statistikası, vakansiyalar, tələbələrin uyğun inkişafını hədəfləyən “Yelo Walk Mentorluq” layihəsi, “Yelo Challenge 2021” təcrübə proqramı və s. haqqında ətraflı məlumat veriblər.

Görüş “Raffle” lotereyasının (Hədiyyələrin oynanılması) oynanılması ilə yekunlaşıb. Turizm və Menecment Universitetinin üç tələbəsi “Yelo Bank”dan xüsusi hədiyyələr qazanıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024