Ana Sayfa > Təhsil > Turizm və Menecment Universitetinin tələbələri bank xidmətləri və təcrübə proqramları barədə məlumatlandırılıb
Turizm və Menecment Universitetinin tələbələri bank xidmətləri və təcrübə proqramları barədə məlumatlandırılıb12-04-2021, 15:32. Yazar: sevinc1 |
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri və “Yelo Bank” əməkdaşlarının iştirakı ilə görüş keçirilib. Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, “Yeloya xoş gəlmisiniz” adlı onlayn görüşdə bankın məsul əməkdaşları tələbələrə bank xidmətləri, rebrendinq və transformasiya, “Yelo Bank”ın dəyərləri, “Yelo” statistikası, vakansiyalar, tələbələrin uyğun inkişafını hədəfləyən “Yelo Walk Mentorluq” layihəsi, “Yelo Challenge 2021” təcrübə proqramı və s. haqqında ətraflı məlumat veriblər. Görüş “Raffle” lotereyasının (Hədiyyələrin oynanılması) oynanılması ilə yekunlaşıb. Turizm və Menecment Universitetinin üç tələbəsi “Yelo Bank”dan xüsusi hədiyyələr qazanıb. AİA.Az Geri dön |