Mobil versiya
Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib
Tarix: 12-04-2021 | Saat: 09:11
Bölmə:Ölkə | çapa göndər

Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İtitala kəndində yerləşən fərdi yaşayış evində sanitar-karantin qaydalarının pozulması ilə müşahidə edilən nişan mərasimi keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman kənd sakini Səməd Abdullayevin 30-dan artıq qonağın iştirakı ilə qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən ev sahibi, qonaqlar və məclisi təşkil edən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025