Ana Sayfa > Ölkə > Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib
Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib12-04-2021, 09:11. Yazar: sevinc1 |
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İtitala kəndində yerləşən fərdi yaşayış evində sanitar-karantin qaydalarının pozulması ilə müşahidə edilən nişan mərasimi keçirilməsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman kənd sakini Səməd Abdullayevin 30-dan artıq qonağın iştirakı ilə qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb. Polislər tərəfindən ev sahibi, qonaqlar və məclisi təşkil edən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. aia.az Geri dön |