Mobil versiya
Milli Elmlər Akademiyası və İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə yardım edilib - FOTOLAR
Tarix: 09-04-2021 | Saat: 15:14
Bölmə:Gündəm | çapa göndər

Milli Elmlər Akademiyası və İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə yardım edilib


27 sentyabr-10 noyabr 2020-ci ili əhatə edən İkinci Qarabağ müharibəsində müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşlər nəticəsində ordumuzun 2881 nəfər hərbi qulluqçusu şəhid olmuş, yüzlərlə insan yaralanmışdır.

Müharibədən sonra Azərbaycan dövləti şəhid olmuş və yaralanmış hərbi qulluqçuların ailələrinə daim diqqət və qayğı göstərir. Müharibədə ön və arxa cəbhədə xidmət etmiş şəhid və qazi olmuş hərbi qulluqçular Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif dərəcəli orden və medallarla təltif edilmişlər. Onların ailələrinə dövlət tərəfindən maddi yardımlar edilmişdir.

Bu təşəbbüsə qoşularaq Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının və Bakı şəhəri, Yasamal Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yasamal rayonunda 40 şəhid ailəsinə 18 çeşiddə ərzaq yardımı edilmişdir. Bu ailələrdən 3-ü Akademiya əməkdaşlarının, 4-ü 2016-cı il aprel döyüşlərində şəhid olmuş hərbi qulluqçuların ailəsi, 33-ü isə II Qarabağ savaşı şəhidlərinin ailələridir. Ərzaqların təqdim edilməsində AMEA Azad Həmkarlar İttifaqının sədri professor Habil Qurbanov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvləri, Yasamal Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri iştirak etmişlər. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmiş, dövlətin və ictimaiyyətin onlara daima göstərdiyi qayğıdan razılıqlarını ifadə etmişlər.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025