AZ RU Mobil versiya
Öncəqala xeyriyəçilərindən nümünəvi addım
Tarix: 06-04-2021 | Saat: 17:58
Bölmə:Ölkə | çapa göndər

Öncəqala xeyriyəçilərindən nümünəvi addım


Masallı rayon Öncəqala kəndində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək üçün Öncəqala kənd xeyriyyəçiləri tərəfindən möhtəşəm abidə kompleksində işlər artıq yekunlaşmaq üzrədir.

Cənubunsəsi.az xəbər verir ki, nəfis görünüşə malik abidə komleksi Masallı rayon Öncəqala kəndində vətən müharibəsini şəhidi Məlikov Nurlan Dünyamlı oğlunun adına verilən küçədə yerləşir. Cənubunsəsi.az-a açıqlamasında Masallı RİHB-nın Öncəqala inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xudayar Həsənov bildirmişdir ki iki aydan çoxdur ki kəndimiz xeyriyəçiləri Rusiya Federasiyasında yaşayan həmkəndlilərimizin maliyyə dəstəyi ilə kəndimizdə Şəhidlər kompleksi Şəhidlər bulağı və kiçik mini park salınmışdır. Artıq işlər yekunlaşmaq üzrədi. Növbəti həftə Şəhidlər konpleksinin və Şəhidlər bulağının açlışı olacaq. Abidənin ətrafındakı xüsusi hazırlanmış mərmər lövhələrdə Birinci və İkinci Qarabağ Müharibəsi dövründə, canını Vətən uğrunda qurban verən qəhrəman şəhidlərimizin, itkin düşmüş qəhrəmanlarımızın adları həkk olunacaq. Həmçinin abidə kompleksində Qarabağ savaşı haqqında Azərbaycan və ingilis dillərində məlumatlar yazılacaqdır. Şəhidlər Abidə komleksinin arxa hissəsində isə səkkiz ədəd zirvələri fəht etmiş, qalib Azərbaycanımızın bayrağı dalğalanacaq. Xudayar müəllim onuda xüsusi qeyd etmişdir ki, işlər başlanan müddətdən, işlərə rəhbərliyi Şəhid Ətrafil Məmmədov adına Öncəqala kənd tam orta məktəbinin müəllimi Məmmədov Məmmədrza müəllim rəhbərlik edir. Sonda Xudayar müəllim görülən işlərə, bu möhtəşəm kompleksə və o cümlədən Şəhidlər bulağının tikintisnə görə Öncəqala kəndinin sakinlərinə və kənd xeyriyəçilərinə öz dərin təşəkkürünü bildirmirşdir.


Mərhəmət Lələyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5118 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2021
16-04-2021