Mobil versiya
Daha iki idmançımız Böyük Dəbilqədə mübarizəyə başlayır
Tarix: 02-04-2021 | Saat: 16:09
Bölmə:İdman | çapa göndər

Daha iki idmançımız Böyük Dəbilqədə mübarizəyə başlayır

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

Bu gün Azərbaycanın daha 2 idmançısı mübarizəyə başlayır. 81 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev 1/16 finalda Abılayxan Jubanazar (Qazaxıstan) / Damian Stepiyen (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Zelim Tçkayev isə 1/32 finalda Fetra Ratsimiziva (Madaqaskar) ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə 66 kq-da Nicat Şıxəlizadə bürünc medal əldə edib. 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirinə aprelin 3-də yekun vurulacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024