Direktor olmaq istəyənlərin imtahan nəticələri AÇIQLANDI
Tarix: 19-04-2016 | Saat: 12:11
Bölmə:Təhsil | çapa göndər
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı keçirilən test imtahanının nəticələrinə əsasən, 493 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Təhsil Nazirliyində keçirilən mətbuat konfransında məlumat verilib.
Konfransda qeyd edilib ki, direktor vəzifəsinə işə qəbul ilə bağlı keçirilən test imtahanının nəticələri məlum olub. Elektron ərizəsi təsdiq olunan 2260 nəfərdən 1591 nəfər imtahanda iştirak edib.
Bildirilib ki, məktəb direktoru olmaq istəyən namizədlərin üçüncü mərhələdə - imtahanda iştirakı prosesi tam elektronlaşdırılıb. Bütün proseslər xüsusi proqram təminatı vasitəsilə həyata keçirilib.
Hər namizədə 110 dəqiqə vaxt verilib. Bu vaxtın 90 dəqiqəsi sual-cavab, qalan 20 dəqiqəsi isə esse yazılması üçün nəzərdə tutulub.
Esse yazmaq üçün proqram təminatı yaradılıb və namizədlər mövzuya uyğun fikirlərini kompüter vasitəsilə qeyd ediblər. İKT bilikləri zəif olan namizədlər üçün kağızda yazmaq imkanı yaradılıb
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024