Mobil versiya
Azərbaycan və Qazaxıstan razılıq əldə etdi
Tarix: 27-02-2021 | Saat: 13:57
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan və Qazaxıstan razılıq əldə etdi

Qazaxıstanın "KMG Drilling&Services" və Azərbaycanın "Caspian Drilling Company" şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Satti” qaldırıcı üzən qazma qurğusunun quyular qazması barədə saziş imzalayıb.

AİA.Az xəbər verir ki, bu barədə Qazazıstanın "Samruk-Kazına" şirkətinin İctimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Məlumata görə, qazma işləri Xəzər dənizinin SOCAR və BP-nin birgə kəşfiyyat işləri apardığı sahəsində yerinə yetiriləcək.

Xatırladaq ki, Azərbaycanın “Caspian Drilling Company” və Qazaxıstanın “KazMunayQaz” şirkətləri “Satti” qaldırıcı üzən qazma qurğusunun öhdəliyə verilməsi barədə 2019-cu ilin iyununda müqavilə imzalayıb.

"Satti" qurğusu Xəzər dənizində 80 metr dərinlikdə qazma işlərinin aparılması üçün nəzərdə tutulub.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə