Ana Sayfa > İqtisadiyyat > Azərbaycan və Qazaxıstan razılıq əldə etdi
Azərbaycan və Qazaxıstan razılıq əldə etdi27-02-2021, 13:57. Yazar: admen |
Qazaxıstanın "KMG Drilling&Services" və Azərbaycanın "Caspian Drilling Company" şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Satti” qaldırıcı üzən qazma qurğusunun quyular qazması barədə saziş imzalayıb. AİA.Az xəbər verir ki, bu barədə Qazazıstanın "Samruk-Kazına" şirkətinin İctimaiyyətlə əlaqələr departamenti məlumat yayıb. Məlumata görə, qazma işləri Xəzər dənizinin SOCAR və BP-nin birgə kəşfiyyat işləri apardığı sahəsində yerinə yetiriləcək. Xatırladaq ki, Azərbaycanın “Caspian Drilling Company” və Qazaxıstanın “KazMunayQaz” şirkətləri “Satti” qaldırıcı üzən qazma qurğusunun öhdəliyə verilməsi barədə 2019-cu ilin iyununda müqavilə imzalayıb. "Satti" qurğusu Xəzər dənizində 80 metr dərinlikdə qazma işlərinin aparılması üçün nəzərdə tutulub. AİA.Az Geri dön |