Mobil versiya
Əli Əsədovdan sərəncam: 10 alt işçi qrupu yaradıldı
Tarix: 27-02-2021 | Saat: 13:51
Bölmə:İqtisadiyyat | çapa göndər

Əli Əsədovdan sərəncam: 10 alt işçi qrupu yaradıldı

Nazirlər Kabineti "2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması məqsədilə 10 alt işçi qrupu yaradılıb.

Nazirlər Kabinetindən AİA.Az-a verilən məlumata görə, Baş nazir Əli Əsədov "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə verilmiş tapşırıqların və uyğun olaraq qarşıda duran məsələlərin icrasının təmin edilməsi haqda Nazirlər Kabinetinin Sərəncamını imzalayıb.

Sənədə əsasən "2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupu yaradılmış və onlara müvafiq tapşırıqlar verilmişdir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə