Ana Sayfa > İqtisadiyyat > Əli Əsədovdan sərəncam: 10 alt işçi qrupu yaradıldı
Əli Əsədovdan sərəncam: 10 alt işçi qrupu yaradıldı27-02-2021, 13:51. Yazar: admen |
Nazirlər Kabineti "2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması məqsədilə 10 alt işçi qrupu yaradılıb. Nazirlər Kabinetindən AİA.Az-a verilən məlumata görə, Baş nazir Əli Əsədov "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə verilmiş tapşırıqların və uyğun olaraq qarşıda duran məsələlərin icrasının təmin edilməsi haqda Nazirlər Kabinetinin Sərəncamını imzalayıb. Sənədə əsasən "2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupu yaradılmış və onlara müvafiq tapşırıqlar verilmişdir. AİA.Az Geri dön |