Mobil versiya
Bakıda alınan kolbasa kifli çıxdı
Tarix: 16-04-2016 | Saat: 21:10
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda alınan kolbasa kifli çıxdı






Müştərilərdən birinin mağazadan aldığı kolbasa xarab çıxıb. İstehsal tarixi bitməsə də, kolbasanı kif basıb.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, kolbasa paytaxtın Xətai rayonundakı mağazaların birindən alınıb. Məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışdığımız mağaza sahibi çəkilişdən yayınsa da, məsuliyyəti satıcının üzərinə atdı.

Mütəxəssislərin sözlərinə görə, kolbasanın kif atmasının səbəbi məhsulun saxlama qaydalarına düzgün əməl olunmamasıdır. Kolbasanın üzərində olan son istifadə tarixi, saxlama qaydalarına düzgün riayət edildiyi təqdirdə qüvvədə olur.

Kolbasanın bu halda müştəriyə təqdim olunmasının məsuliyyətini isə həm onun satışını həyata keçirən mağaza, həm də istehsalçı daşıyır.

O ki qaldı ərzaq təhlükəsizliyi tələblərinə cavab verməyənlərə, hüquqi şəxslər 400, vəzifəli şəxslər 200, fiziki şəxslər isə 100 manat məbləğində cərimələnirlər.

Bununla yanaşı, insanlar da bu məsələdə diqqətli olmalıdırlar. Aldıqları məhsulun istehsal tarixini və saxlama qaydaları haqqında məlumatları satıcılardan tələb etməlidirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024