Mobil versiya
Əhalinin manatla qoyduğu əmanətlərin məbləği artıb
Tarix: 19-02-2021 | Saat: 12:17
Bölmə:İqtisadiyyat | çapa göndər

Əhalinin manatla qoyduğu əmanətlərin məbləği artıb

Mərkəzi Bankın məlumatına görə 2021-ci il yanvar ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği dekabr ayı ərzində 269,7 milyon manat artaraq 8177,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, əmanətlərin 50,8 faizi xarici, 49,2 faizi isə milli valyutada qoyulub.

Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 Avroya 2,07 manata, 100 Türk lirəsinə 23,00 manata, 100 Rus rubluna 2,29 manata bərabər olub.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə