Ana Sayfa > İqtisadiyyat > Əhalinin manatla qoyduğu əmanətlərin məbləği artıb
Əhalinin manatla qoyduğu əmanətlərin məbləği artıb19-02-2021, 12:17. Yazar: sevinc1 |
Mərkəzi Bankın məlumatına görə 2021-ci il yanvar ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği dekabr ayı ərzində 269,7 milyon manat artaraq 8177,9 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, əmanətlərin 50,8 faizi xarici, 49,2 faizi isə milli valyutada qoyulub. Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 Avroya 2,07 manata, 100 Türk lirəsinə 23,00 manata, 100 Rus rubluna 2,29 manata bərabər olub. AİA.Az Geri dön |