Mobil versiya
"Arxadan vurulan zərbə"dəki su dəyirmanı - "Cəbi" real həyatdan götürülüb - VİDEO - FOTO
Tarix: 15-04-2016 | Saat: 18:56
Bölmə:Cəmiyyət | çapa göndər

"Arxadan vurulan zərbə"dəki su dəyirmanı - "Cəbi" real həyatdan götürülüb - VİDEO - FOTO




Əksər filmlər müəyyən ssenarilər əsasında çəkilsə də, bəzi epizodlar real həyat hadisələrinə əsaslanır.

Geniş tamaşaçı kütləsinin sevgisini qazanan "Arxadan vurulan zərbə" filmində Cəbinin vurulduğu dəyirman bu gün də qalmaqdadır. Maraqlı olan cəhət isə odur ki, burada çəkilən səhnəcik elə real həyatda da yaşanıb.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Şəkinin Baş Küngüt kəndində yerləşən su dəyirmanı öz tarixi ilə əhəmiyyət kəsb edir. Burada lentə alınan "Arxadan vurulan zərbə" filminin bir hissəsi dəyirman ərazisində baş verən real hadisəni əks etdirib. Filmdə rol alan Cəbinin vurulma səhnəsinin canlı şahidi maraqlı faktlar deyib.

Sovet hakimiyyətinin ilk illərində ərazidə qaçaqların çox olması yaşayış məskənlərindən qismən kənarda yerləşən bu cür tikililəri onlar üçün sığınacağa çevirirdi. Elə filmdə canlandırılan Cəbi obrazı da bu kəndə qaçaq kimi gələn bir şəxsin obrazıdır. Filmdə Cəbini öldürən şəxs məlum olsa da, real həyatda kim tərəfindən qətlə yetirilməsi indiyədək qeyri-müəyyən olaraq qalır.

Günümüzdə bu cür dəyirmanlara ehtiyac az olduğundan diqqətdən kənarda qalıb. Ancaq nəzərə almaq lazımdır ki, bu cür tikililərdə həm də bir tarix yatır. Elə həmin dəyirman da ötən əsrlərin bizə gəlib çatan mirasıdır. Tariximizin bir parçası olan bu dəyirmanın bərpa olunması heç də pis olmazdı. Hətta sakinlər deyirlər ki, əgər dəyirman yenidən işlək vəziyyətə gətirilərsə, ondan istifadə etmək də mümkündür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024