Təhsil Nazirliyinin şöbə müdiri: “Məktəb məzununun yazıb oxuya bilməməsi heç də yaxşı fakt deyil”
Tarix: 15-04-2016 | Saat: 12:34
Bölmə:Təhsil | çapa göndər
"Məktəbi bitirən 100 məzunun oxumaq və yazmaq bacarığının olmaması neqativ haldır, yəni, heç də yaxşı fakt deyil. Ayrı-ayrı rayonlarda yazıb-oxumağı bacarmayan şagirdlərin siyahısı məlum idi. Bunun da öz səbəbləri var".
Virtualaz.org xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.
"Həmin 100 nəfər çox şübhəsiz məktəbdən uzun müddət yayınanlardır. Məktəbləri keyfiyyətsiz təhsil verməkdə qınamaq düzgün deyil. Məsələyə obyektiv nəzərdən yanaşmaq lazımdır. Məsələn, bir uşaq 9-cu sinfə kimi gəlir, amma oxumağı bilmir. Bu nə dərəcədə doğrudur? Dəqiq cavab sadəcə araşdırmanın nəticəsində məlum ola bilər. 100 nəfər yazıb-oxuma bilməyənlərin müəyyənləşməsi neqativ haldır, yaxşı fakt deyil. Ola bilər ki, onlar bu və ya digər səbəbdən təhsildən kənarda qalıb", - nazirlik rəsmisi əlavə edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024