Mobil versiya
Qardaşı baş nazir seçilsin deyə - Spiker istefa verdi
Tarix: 13-04-2016 | Saat: 13:47
Bölmə:Şou-biznes | çapa göndər

Qardaşı baş nazir seçilsin deyə - Spiker istefa verdi







Qırğızıstan parlamentinin spikeri Asılbek Jeenbekov qardaşının namizədliyinin baş nazir vəzifəsinə irəli sürülməsindən sonra istefa verib.

“AİA.az” xarici KİV-ə istinadən xəbər verir ki, spiker könüllü olaraq postundan getdiyini açıqlayıb: “Mən sizin və dövlət başçısı sayəsində iki dəfə parlamentə spiker seçilmişəm. Böyük qardaşımın aprelin 10-u baş nazir postuna təqdim edilməsindən sonra könüllü olaraq mövqeyimdən istefa verirəm.

Qeyd edilir ki, spikerin qardaşının namizədliyi Almazbek Atambaevin sədrlik etdiyi Qırğızıstanın sosial-demokrat partiyası tərəfindən irəli sürülüb. Parlamentdə bu gün günün ikinci yarısında keçiriləcək plenar iclasda Sooronbay Jeenbekovun Qırğızıstanın baş naziri seçilməsi ilə bağlı səsvermə olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə