Mobil versiya
İran yeni "Hörmüz" raketini təqdim etdi: RLS sistemlərinə qarşı xüsusi silahdır
Tarix: 10-11-2026 | Saat: 21:42
Bölmə:Dünya | çapa göndər

İran yeni "Hörmüz" raketini təqdim etdi: RLS sistemlərinə qarşı xüsusi silahdır


İran hərbi sənayesi yeni növ silahını nümayiş etdirərək "Hörmüz" raketini ictimaiyyətə təqdim edib.

aia.az xəbər verir ki, "Fars" agentliyinə açıqlama verən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava-Kosmik Qüvvələri komandanının müşaviri Əli Belali yeni raketin texniki xüsusiyyətlərindən danışıb. O qeyd edib ki, "Hörmüz" raketi radiolokasiya stansiyalarına (RLS) qarşı mübarizə məqsədilə xüsusi olaraq hazırlanıb və birbaşa radiolokasiya şüalanması mənbələrinə tuşlanmaq qabiliyyətinə malikdir.

Belalinin sözlərinə görə, yerli mütəxəssislərin əsas nailiyyətlərindən biri düşmənin radar avadanlıqlarını aşkar edib zərərsizləşdirmək üçün məhz RLS şüalanmasından istifadə edən raketlərin yaradılmasıdır. O vurğulayıb ki, bu amil İranın raket sənayesinin artıq mövcud texnologiyaların sadəcə kopiyalanması mərhələsini geridə qoyduğunu və müasir döyüş meydanının tələblərinə uyğun olaraq yeni növ silahlar istehsal edə bildiyini əyani şəkildə sübut edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-11-2026