Ana Sayfa > Şou-biznes > Qardaşı baş nazir seçilsin deyə - Spiker istefa verdi
Qardaşı baş nazir seçilsin deyə - Spiker istefa verdi13-04-2016, 13:47. Yazar: admin |
Qırğızıstan parlamentinin spikeri Asılbek Jeenbekov qardaşının namizədliyinin baş nazir vəzifəsinə irəli sürülməsindən sonra istefa verib. “AİA.az” xarici KİV-ə istinadən xəbər verir ki, spiker könüllü olaraq postundan getdiyini açıqlayıb: “Mən sizin və dövlət başçısı sayəsində iki dəfə parlamentə spiker seçilmişəm. Böyük qardaşımın aprelin 10-u baş nazir postuna təqdim edilməsindən sonra könüllü olaraq mövqeyimdən istefa verirəm. Qeyd edilir ki, spikerin qardaşının namizədliyi Almazbek Atambaevin sədrlik etdiyi Qırğızıstanın sosial-demokrat partiyası tərəfindən irəli sürülüb. Parlamentdə bu gün günün ikinci yarısında keçiriləcək plenar iclasda Sooronbay Jeenbekovun Qırğızıstanın baş naziri seçilməsi ilə bağlı səsvermə olacaq. Geri dön |