Natalya Sokolevskaya maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Tarix: 19-06-2015 | Saat: 11:28
Bölmə:Gündəm / Seçilənlər-5 / Manşet / Karusel | çapa göndər
.
Aia.az ANS PRESS-in məlumatına görə,xəbər verir ki, Azərbaycan gözəli Belarusda keçən həyatından, Azərbaycan kişilərindən və gözəlliyin dünya standartlarından danışıb. Kiçik yaşlarından əczaçı olmağa qərar verən belarus gözəl hətta Vitebsk Tibb Universitetinə daxil olub. Amma, sonradan sənədlərini geri götürüb: "Mən sadəcə anladım ki, əczaçılıq – bu mənlik deyil", – deyə Natalya izah edir.
Natalyanın Azərbaycana gəlməsi isə ailəsi ilə bağlıdır. Belə ki, onun valideynləri Belarusiyada neft quyularında işləyirdilər. 2008-ci ildə Natalyanın atasına Azərbaycanda dördillik müqavilə təklif etdilər. Ata təkliflə razılaşdı və bütün ailəsi Bakıya köçdü. Natalya düşünürdü ki, bu köç müvəqqətidir, amma nəticədə o, həmişəlik Bakıda qalası oldu.
"Mən Belarusu çox sevirəm, ora mənim vətənimdir. Amma qəbul etmək lazımdır ki, bəzi detallara görə Belarus başqa ölkələrdən geri qalır. Azərbaycan isə zəngin ölkədir. Buna görə də onlar bizdən irəlidə gedir. Bu, hətta xırda şeylərdə belə gözə çarpır. Məsələn, Azərbaycanda dəb inkişaf edib. İnsanlar daha gözəl geyinirlər", – deyə Natalya söyləyir.
Natalya Bakını çox sevdiyini və buranı tərk etmək istəmədəyini deyir. Ailəsi Belarusa qayıdandan onu aparmaq istəyib, amma belaruslu gözəlçə qərarını verib və Azərbaycanda qalacağını söyləyib:
"Valideynlərim istəyirdilər ki, məni özlərilə Belarusa aparsınlar. Amma dörd il ərzində mən Bakıya çox öyrəşdim. Mənə burada artıq hər şey doğmadır. Mən burada təhsil alıram, burada işləyirəm və özümə ev almışam. Mən boş yerə Belarusa qayıtmaq istəmirdim. Anam narahat olurdu və məni Bakıda tək qoymaq istəmirdi. Amma mən onlara təkid etdim ki, burada mənim üçün daha çox imkan var".
Natalya artıq Azərbaycanda 8 ildir ki yaşayır. Natalya deyir ki, Azərbaycan artıq onun ikinci vətəni olub: "Azərbaycan gözəl təbiətlə, unikal milli ənənələrlə və qonaqpərvərliklə məni cəlb etdi".
Slavyan gözəlçə müsəlman ölkəsində yaşayarkən heç bir çətinliklə qarşılaşmır: "Mən Azərbaycandan olan kişilərə potensial adaxlı kimi baxmıram. Nə də olsa, onlar azərbaycanlılarla evlənirlər. Onlarda qanların qarışdırılması qəbul edilmir. Burada əvvəllər olduğu kimi valideynlər öz oğuluna gəlin seçirlər. Onlar üçün bu normaldır. Bu ənənədir və nəsildən-nəsilə ötürülür", -deyə Natalya əlavə edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024