Təhsil sistemində daha bir ayıb ünvanı - NARAZILIQ VAR...
Tarix: 13-04-2016 | Saat: 13:00
Bölmə:Təhsil | çapa göndər
2015-2016-cı tədris ilinin başlanğıcında Prezident Cənab İlham Əliyev Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olandan sonra direktor Səidə Zeynalovanın təkəbbürü çoxalıb. Ölkə başçısının iltifatını bir növ «toxunulmazlıq statusu» kimi qəbul edən xanım direktorun rəhbərlik etdiyi müəssisədə korrupsiya baş alıb gedir.
Məlumat üçün bildirək ki, liseydə təhsil alan şagirdlərdən birinin valideyinin redaksiyamıza verdiyi ilginc faktları araşdırarkən maraqlı məqamlarla qarşılaşdıq.
Belə ki, redaksiyaya daxil olan melumatda bildirilirdi ki,Səidə Zeynalova əvvəllər Qərb Universitetinin nəzdində fəaliyyət göstərən orta məktəbdə müavin işləyib və rus dili müəlliməsidir.İki övlad anasıdır. Özünün Bakı Şəhər İcra Hakimiyyətinin yaxınlığında hər bir şəraiti olan lyüks evi,altında bahalı CİP-i,və….,sağlığına qismət. Qeyd edək ki, liseydə tədris ikinövbəlidir. Təhsil ocağına qəbul beşinci sinifdən aparılır. Burada Azərbaycan və rus bölmələrində 1077 şagird təhsil alır və 43 sinif var. İnsafən qeyd edək ki, ali məktəblərə qəbul vaxtı yüksək bal toplayan şagirdlərin sayı qonşu məktəblərə baxanda yüksəkdir.Həmin bal toplayan şagirdlər isə ikietablı qəbul vaxtı birinci etabdan keçən şagirdlərdir. Deyilənə görə hər il qəbul vaxtı ilk öncə direktor liseyə qəbul olmaq istəyən şagirdləri özü testdən küçirdir və biliyi olmayan şagirdlərin valideyinləri ilə anlaşma aparır ki,sizin uşağı 500 manatın müqabilində ikinci etapda qəbul edəcəm. Direktor birinci etapda Baş Təhsil İdarəsindən komissiya təşkil edir və onların iştirakı ilə əvvəlcədən seçdiyi şagirdlərdən imtahan götürür və komissiya gedəndən sonra yağlı şagirdləri Baş Təhsil İdarəsindəki havadarlarının vasitəsi ilə ikinci etapda liseyə qəbul edir və həmin şagirdlər də olur liseyin ən yaxşı şagirdləri. Şagirdlər inciməsinlər, amma bütün müşahidələr belə düşünməyə əsas verir ki, onların heç birindən Azərbaycanın gələcək tərəqqisi üçün töhfə gözləməyə dəyməz. Çünki həmin şagirdlər bu gün
təhsil aldıqları məktəbin onların valideynlərindən qopardığı rüşvəti sabah işləyəcəkləri sahələrdən oğurlamağa borclu düşürlər — bu, bir aksiomdur.
Doğruluğuna şübhə etmədiyimiz məlumatlara görə, direktor Səidə Zeynalovanın üç müavini olmağına baxmayaraq, o yalnız Nərgiz Qədirovanın əli ilə şagirdlərdən çeşidli rüşvət toplayır. Belə ki, V-IX siniflərin şagirdlərindən illik 30 manat, X-XI sinif şagirdlərindən illik iki dəfə artıq, yəni hərədən 60 manat «fond pulu» yığılır. Dolma, aş, düşbərə, kotlet, küftə, qutab təklif olunan, 1 stəkan çayın 20 qəpiyə satıldığı bufet direktora aylıq 400 manat haqq verir.
Müəllimlər elə məktəbdəcə repetitorluq fəaliyyəti ilə məşğuldurlar. Repetitor-müəllimlər hazırladıqları hər şagirddən aldıqları puldan ayda 10 manat direktora verirlər. Bu hal elə təsəvver yaradır ki, liseydə təhsil pulludur.
İkinci növbədə dərslər qaydasında keçirilmir. Bölünməli olan fənlər (rus bölməsində Azərbaycan dili, xarici dil; Azərbaycan sektorunda rus dili, xarici dil) bölünmür, çünki sinif çatmır. Siniflərdə I növbənin müəllimləri II növbədə repetitorluq edirlər.
V dərs saatından sonra X-XI sinif şagirdləri evə buraxılırlar, onlara VI-VII dərslər keçirilmir, lakin müəllim keçmədiyi dərs saatlarının pulunu alır. Fond pulunu da yuxarı sinif şagirdləri ona görə artıq verirlər ki, direktor onları VI-VII,hətta 8-ci saatlardan azad edir.
Tətil vaxtı məktəbə gəlməmək üçün müəllim direktora, ya da onun müavini Nərgiz müəlliməyə günü 10 manatdan «cərimə» ödəyir.
Bildirilir ki, bayramlarda, ad günlərində direktor özünə və müavinlərinə pul yığdırır. Məsələn, 8 Mart — Qadınlar Günü ilə əlaqədar hər uşaqdan 30 manat toplanıb. Qeyd olunur ki, sinif rəhbərləri şagirdlərdən pulu valideyn komitəsinin əli ilə yığıb «pay-püşk» edir: Direktora — 100 manat, müavinlərin hər birinə — 50 manat, 2 fəndən dərs deyən müəllimlərə 40-50 manat arası, 1 fəndən dərs deyən müəllimə 30 manat, qalanı isə sinif rəhbərinin özünə çatır.
Bütün bunlar hələ harasıdır,deyilənə görə 2000 manat verib tədris ili boyunca yerli-dibli dərsə gəlməyən şagirdlər də vardır. Onlara qayıb yazılmır, qiymətləri yazılır.
Bundan başqa, direktor ilin əvvəlində dərs bölgüsü zamanı müəllimlərə fakültativ dərslərin hər 3 saatını 50 manatdan satıb. Bu keçirilnməli olan dərslərin əslində heç biri keçirilmir, sadəcə, jurnala mövzunun adı yazılır.
Direktor müavini Nərgiz müəllimənin sinif rəhbəri olduğu X «f» sinfinin şagirdlətrindən bir neçəsi dərsə ara-sıra gəlirlər. Nərgiz müəllimə onların pulunu alıb qiymətlərini yazdırır.
Onu da qeyd edək ki, direktor müavinlərinin sinif rəhbəri vəzifəsini daşımağa ixtiyarları yoxdur, lakin onlar başqa müəllimlərin adlarını yazıb özləri ayrı-ayrı siniflərə rəhbərlik edirlər.Elə şagirdlər var ki, direktora pul verib repetitor yanına getdikləri günlər dərsdən qalırlar. Mənbə onu da bildirir ki, bəzi şagirdlər(etika xatirinə adları yazmırıq,ancaq adlar bizə məlumdur) həftədə heç bir gün gəlmədiklərinə görə direktora 200 manat ödəyirlər. XI «a» sinfindən də bir neçə şagird direktordan repetitor yanına getdikləri günlər üçün icazə alıblar. XI «e» sinfindən bir neçə şagird direktora pul verib dərsə gəlmədiyi halda müəllimlər ona qiymət yazmağa məcburdurlar. Həftədə 3 gün dərsə gəlməyən daha bir şagird də 800 manat verib
Müəllimlərdən fevral ayının maaşından 5 manatdan pul yığılıb. Müfafizəçi və xadiməyə ödəniləcəyi səbəb göstərilir. Halbuki, xadimələr dövlətdən maaş alırlar.
Mənbənin verdiyi məlumatda isə bildirilir ki.direktor Səidə Zeynalovanın yanvar ayının 23-də 60 yaşı tamam olub.Direktor ümumi iclasda deyib ki,heç kim mənə hədiyyə almasın. Üstündən yarım saat keçməmiş direktorun sağ əli olan Nərgiz Qədirova direktorun ikinci elanını çatdırıb ki,direktor indi də deyir ki. heç kim mənə hədiyyə almasın hədiyyəni nəğd şəkildə pulla versinlər,özü də hamı bir-bir. Və bu təbrik belə də olub. .(Bu faktları araşdırmaq istəsək də direktor qanunlarımıza hörmətsizlik edərək bildirdi ki,onun bu suallara cavab verməyə səlahiyyəti çatmır.)
Sıradan çıxan inventarların təzələnməsi üçün hər ay məktəbə ayrılan 600 manatın necə xərclənməsi də müəmmalıddır.
Aldığımız məlumatlara görə liseydə baş alıb gedən qanunsuzluqlara, özbaşınalıqlara «yuxarıdan» dəstək verən şəxs Bakı Baş Təhsil İdarəsinin rəisi Məhəbbət xanım Vəliyevadır(bunu Səidə xanım da dilə gətirdi) Məhəbbət xanım isə Cənab nazirin sağ əlidir.
Elə ona görə də Səidə xanım bizə təkidlə bildirirdi ki, biz jurnalist araşdırmasını Baş Təhsil İdarəsindən icazə almalıyıq ki, bizim “icazə vərəqimizə BTİ möhür vurana qədər ” onlar öz “çepe”lərini düzəltsinlər.
Görünür atalar düz deyibmiş…Balıq başdan iylənər
Müşahidələrimizdən belə qənaətə gəldik ki, nəinki 7-8 ci, hətta 5-6 — cı saatlardan sonra keçirilməli olan dərslər keçirilmir. Müəllimlər məktəbdə olduqları halda da belə dərs keçmirlər və şagirdləri evə buraxırlar. 9-cu sinifdə oxuyan şagirdlərdən bir neçəsi də bunu əyani olaraq təsdiq etdi ki, 30.03 2016-ci ildə 6-cı dərs Könül müəllimənin dərsi olmağına baxmayaraq o,məktəbdə olsa da dərsi keçməyib və onları evə buraxıb. Bir sözlə, birinci növbədə 700 şagirdin təhsil almağına baxmayaraq nəinki 7- 8-ci, hətta 6-cı dərslərə belə heç 70 nəfər şagird məktəbdə qalmır.
Biz, yuxarıda göstərilən faktları araşdırmaq üçün məktəbin direktoru Səidə xanıma telefon açıb, məqsədimizi bildirdikdə o, bizi məktəbə dəvət etdi və faktların yerində araşdırılmasını xahiş etdi.
Biz də jurnalist etikasına xas olan tərzdə liseyə yollandıq və faktların araşdırılmasının şəffaf olmağını sübut etmək üçün olayları lentə almaq məqsədilə direktordan icazə aldıq.
Yuxarıda qeyd etdiyimiz kimi direktor üç müavininin olmasına baxmayaraq bizi yenə də yaxın rəfiqəsi və sağ əli olan Nərgiz Qədirova ilə birlikdə qəbul etdi.
İlk əvvəl bizi dinləsə də, yuxarıda göstərilən faktları ona təqdim edib suallarımıza cavab almaq istəyəndə əsəbiləşərək ona ünvanladığımız suallara cavab vermək əvəzinə sözümüzü yarıda kəsib suallarımıza cavab vermək səlahiyyətinin olmadığını və ona bu barədə Baş Təhsil İdarəsindən, onlara isə Təhsil Nazirliyi tərəfindən qadağa qoyulduğunu dedi. Ardından Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arzu xanıma telefon açandan sonra qəti şəkildə bildirdi ki, Arzu xanım deyir onların nəinki suallarına cavab verin, heç məktəbin həyətinə buraxmayın.
Ancaq istər Səidə xanım, istər Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi Məhəbbət xanım Vəliyeva, istərsə də Təhsil Naziri cənab Mikayıl Cabbarov bilməlidirlər ki, “Kütləvi informasiya vasitələri haqqında” AR Qanununa əsasən jurnalistin informasiya axtarmaq, toplamaq, seçmək və yaymaq; öz peşə vəzifəsini yerinə yetirməsi ilə əlaqədar vəzifəli şəxs tərəfindən qəbul edilmək; qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, hər hansı söhbəti hər vasitə ilə, o cümlədən audiovizual vasitələrdən və kino-foto çəkilişindən istifadə etməklə qeydə almaq və digər hüquqları vardır. Nəzərə alınmalıdır ki, dövlətin qanunları vəzifəli şəxslərin daxili qanunlarından bütün hallarda üstündür.
Direktorla olan söhbətimizin audio yazısını təqdim edirik.
Qeyd edək ki,biz bu gün yenidən liseyin direktoru Səidə Zeynalovaya zəng edib araşdırılmasına ehtiyac olan digər suallarımızla müraciət etdikdə o, bizə nə cavab versə yaxşıdır. «Gedin nə yazırsınız yazın heç vecimə də deyil, bir də ki mən heç vaxt sizə MÜSABİQƏ verməyəcəyəm». Dedik yəqin xanım direktorun dili çaşıb müsahibə əvəzinə müsabiqə söylədi. Odur ki, yenidən müraciət etdikdə,»dedim axı mən sizə müsabiqə verməyəcəm» deyəndə biz,» xanım siz müsabiqə ilə müsahibənin fərqinin nə olduğunu bilmirsinizsə necə direktor işləyirsiniz «deyəndə xanım əsəbiləşərək «əcəb edirəm gedin işinizlə məşğul olun,214 nömrəli məktəbdən yazdınız, nə oldu ki,mənə də ola»deyib telefonu qapatdı.(Səidə xanım bilməmiş olmaz ki, biz həmin məktəblə bağlı faktları ortaya qoyandan sonra BTİ-dən yoxlama getdi, və yazdıqlarımız öz həllini tapdı. 214 nömrəli məktəbin direktoru Fəridə Rəcəbovaya isə rəsmi olaraq şiddətli töhmət verildi və sonuncu xəbərdarlıq olundu)
Bərəkalla, cənab nazir! Belə kadrlarımızla mütləq təhsilimizi qabağa aparacağıq.
Yazıda korrupsiya faktları mövcud olduğundan və dərc etmədiyimiz digər faktlara rəhbərlik aydınlıq gətirmədiyindən hüquq mühafizə orqanlarına müraciət etməyi qərara aldıq. Nəticələri barədə oxucuları məlumatlandıracağıq.
Mövzunu davam etdirəcəyik.
PS
Bir neçə gün bundan əvvəl saytımızda “Mikayıl Cabbarov yazılmamış qanunları dövlət qanunlarından üstün tutur” başlıqlı yazıda Texniki-Humanitar liseyin direktoru Səidə Zeynalovanın və müavini Nərgiz Qədirovanın özbaşınalığı və məktəbdə baş alıb gedən korrupsiya halları barədə videofaktlar və yazı təqdim edərək Youtube də yerləşdirmişdik. Etibarlı mənbənin verdiyi məlumata əsasən yazı təqdim olunandan iki gün sonra direktor yenə də əvvəlki adətindən əl çəkməyib, əksinə bir az da qabağa gedərək yuxarı sinif şagirdlərini 4-5- ci saatdan sonra evə buraxaraq məktəbdə xalq şairi Fikrət Qoca ilə görüş keçirirmiş. Bu zaman Baş Təhsil İdarəsindən 3 nəfər yoxlama gəlir və şagirdlərin pulu hesabına məktəbi qoruyan mühafizəçi yerində olmadığından onu əvəz edən “ mühafizəçi nənə” yoxlamanı içəri buraxmır. İçərı keçməyin mümkünsüz olduğunu görən komissiyanın üzvləri güc bəla ilə də olsa direktor müavini Nərgiz Qədirovanı çağırtdırıb özlərini təqdim edirlər.Onlar içəri keçib gözlərinə inanmırlar. Doğrudan da 5-c- dərsin olmağına baxmayaraq məktəbin yuxarı sinif şagirdlərinin heç birini məktəbdə tapa bilmirlər.Məktəbdə qalan şagirdlərə dərs deyən müəllimləri isə sinifdən çıxardaraq şagirdlərdən sorğu sual edib,məktəbdən tez getmələrinin səbəblərini soruşduqda onlar etiraf edirlər ki, repetitor yanına getdikləri üçün məktəbin rəhbərliyi ilə anlaşaraq bu addımı atırlar.
Məlum olur ki,10-11-ci sinifin müəllimləri dərsə jurnalsız girirlər. Belə ki, onlar sinifdə qalan şagirdlərin davamiyyətini öz qeyd kitabçalarında qeyd edir və dərsdən sonra direktorun kabinetinə gələrək direktor və sağ əli olan müavini Nərgiz Qədirovanın aylarla məktəbə gəlmədikləri və himayə etdikləri şagirdlərin qiymətlərini otaqda verirlər.
Mənbə bildirir ki, komissiya məktəbdəki nöqsanların həddən artıq çox və ciddi olduğunu nəzərə alaraq jurnalları da özləri ilə götürüb gedirlər Yoxlama gedəndən sonra Nərgiz Qədirova direktoru sakitləşdirməyə çalışıb ki, narahat olma, mənim yuxarilarda yaxın adamım var, xahiş edəcəm yoluna qoyacaqlar.
Biz də inanırıq ki,Baş Təhil İdarəsinin rəisi Məhəbbət xanım Vəliyeva atdığı bu uğurlu addımı sona çatdıracaq və məktəbdə baş alıb gedən bu özbaşınalığa və rüşvətxorluğa son qoymaq üçün direktoru öz vəzifədən uzaqlaşdıracaq.
Mövzunu diqqətdə saxlayacağıq.
Mənbə: Dia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024