AZ RU Mobil versiya
Məşhur Məmmədov Moskva görüşünün əhəmiyyətindən DANIŞDI
Tarix: 12-01-2021 | Saat: 18:10
Bölmə:Manşet / Siyasət | çapa göndər

Məşhur Məmmədov Moskva görüşünün əhəmiyyətindən DANIŞDI

“Dünən bütün diqqət Rusiyada keçirilən üçtərəfli görüşə yönəlmiş, hamı nəticəni gözləyirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu diplomatiya siyasəti və uzaqgörənliyi yenə öz sözünü dedi”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov dünən keçirilən üçtərəfli Moskva görüşünü şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, cənab Prezidentin də qeyd etdiyi kimi, imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir:

“Ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”.

Məşhur Məmmədov Rusiya-Azərbaycan münasibətlərinə də toxunub:

“Rusiya-Azərbaycan əlaqələrinə gəldikdə hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Çünki hər iki ölkə bir-birinin iqtisadiyyatına töhfə verir, iqtisadi maraqlarımız ölkə olaraq bir-birimizi qane edir. Hər iki dövlət başçısı ümid edir ki, bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə iş, ikitərəfli münasibətlərin də xeyrinə olacaq. Dünənki görüşdən sonra Rusiya prezidenti bu nizamlamanın həm iqtisadiyyatda, həm də humanitar sahədə daha sıx, daha sistemli münasibətlər qurmağımıza imkan verəcəyini əminliklə bildirdi. Azərbaycan Ermənistanla müharibədə üstünlüklə qalib gəldi, öz əzəli torpaqlarını geri qaytardı. Hazırda gündəmdə başqa şərtlər var, qələbə bizim olduğu üçün, həmin şərtləri də məhz Azərbaycan diktə edir. Cənab Prezident dəfələrlə açıq formada bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur, bu anlayış keçmişdə qalıb və biz gələcək haqqında düşünməliyik.

Həqiqətən də belədir. Qalib bizik. Regionda əsas söz sahiblərindən biri Azərbaycandır. Artıq iqtisadi sahədə uğurlara imza atmağın zamanı gəldi. Ölkədaxili və ölkəxaricində görülən işlər artıq bu yöndə aparılır. Xalq olaraq, vətəndaş olaraq sevinclə və qürurla prosesləri izləməli, lazım gələndə dəstəyimizi əsirgəməməliyik”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

6132 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2021