Mirvari Zeynalova: “Mədəniyyətimizin canlandırılması bundan sonra daha yüksək əzimlə həyata keçəcək”
Tarix: 06-01-2021 | Saat: 12:22
Bölmə:Karusel | çapa göndər

“Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin mərkəzi elan olunması son dərəcə böyük əhəmiyyət kəsb edən vacib bir qərardır” – bu sözləri saytımıza verdiyi müsahibəsində Şəki Regional Mədəniyyət İdarəsinin rəisi , Mirvari Zeynalova demişdir.
Əməkdaşımızın suallarını cavablandıran Mirvari Zeynalova vurğulamışdır ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi və mədəni abidələrimizin bərpası və qorunması ilə bağlı işlər birbaşa Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə aiddir və bu istiqamətdə bütün lazımi tədbirlərin yüksək səviyyədə həyata keçiriləcəyinə heç bir şübhə yoxdur: “Bildiyiniz kimi, erməni qəsbkarları 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızda təbii sərvətlərimizlə yanaşı mədəni irsimizi də talamaqla məşğul olublar. Həmin ərazilərdə yerləşən mədəni-tarixi abidələrimiz ermənilər tərəfindən əsl vandalizm aktlarına məruz qoyulub. Lakin bu gün artıq Azərbaycan öz torpaqlarına da, öz mədəni irsinə də sahib çıxıb. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən dərhal sonra həmin ərazilərdə quruculuq işlərinə başlanıb. Aydındır ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi və mədəni abidələrimizin bərpası və qorunması ilə əlaqədar ölkənin Mədəniyyət Nazirliyi tərəfindən əhatəli tədbirlər həyata keçirilməlidir. Qeyd etməliyəm ki, bu istiqamətdə artıq konkret addımlar atılır. Hələ ötən ilin son günlərində bu məsələ Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yanında yaradılan İctimai Şuranın videokonfrans formatında keçirilmiş görüşdə və Nazirliyin tabeliyində fəaliyyət göstərən Bakı şəhər muzeylərinin rəhbərləri ilə videokonfrans formatında keçirilmiş görüşdə ətraflı müzakirə olunmuşdur. Görüşdə azad edilmiş rayonlarda geniş quruculuq işlərinin başlanacağı, həmin ərazilərdə mədəniyyət infrastrukturunun yaradılması, tarixi-mədəni abidələrin, o cümlədən muzeylərin bərpası ilə bağlı Nazirlik tərəfindən müvafiq işlərə başlanılması barədə məlumat verilmişdi. Əminliklə demək olar ki, bu sahədə dövlətimiz tərəfindən qarşıya qoyulmuş bütün tapşırıqlara vaxtında və yüksək səviyyədə əməl olunacaq.”
Daha sonra müsahibimiz dövlət başçısı tərəfindən bu il Şuşada “Xarı bülbül festivalı”nın və Vaqif poeziya günlərinin keçirilməsi barədə verdiyi qərarın əhəmiyyətindən bəhs edərək bunları deyib: “Birmənalıdır ki, Şuşa şəhəri hər bir azərbaycanlı üçün milli qürur mənbəyidir. Şuşa bizim tariximizin, mədəniyyətimizin, incəsənətimizin beşiyidirdir. Şuşanın yenidən dirçəldilməsi Qarabağın regionun, hətta bütün ölkənin mədəniyyət mərkəzinin yenidən dirçəldiməsi demək olacaq. Məhz bu baxımdan da Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin mərkəzi elan olunması son dərəcə böyük əhəmiyyət kəsb edən vacib bir qərardır. Şuşada bərpa işlərinə artıq başlanılıb, evlərin və tarixi abidələrin bərpası istiqamətində işlər aparılır. Eyni zamanda da dövlət başçımızın bu il Şuşada “Xarı bülbül festivalı”nın və Vaqif poeziya günlərinin keçirilməsi barədə verdiyi qərar bütün işğaldan azad edilmiş torpaqlarımızda milli-mədəni irsimizin dirçəldilməsi yönümündə atılan vacib bir addım olacaq. Mədəniyyət Nazirliyi tərəfindən hər iki tədbir ən yüksək səviyyədə həyata keçiriləcək. Mən bir məqamı da xüsusi olaraq qeyd etmək istərdim ki, bu da Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlıdır. Bilirsiniz ki, dahi Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratmış və bütün Yaxın və Orta Şərqin fəlsəfi-ictimai və mədəni irsini zənginləşdirən ecazkar əsərlərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Dahi mütəfəkkir şairimizin anadan olmasının 880-ci ilinin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi də möhtərəm dövlət başçımızın bu sahəyə göstərdiyi sonsuz diqqət və qayğının daha bir təzahürüdür.”
Sonda Mirvari Zeynalova əməkdaşımızın son vaxtlar Mədəniyyət Nazirliyinin fəaliyyətində müşahidə edilən yeni tendensiyalar barədə sualını cavablandıraraq demişdir: “Qeyd etməliyəm ki, artıq ötən ilin ikinci yarısından etibarən ölkənin Mədəniyyət Nazirliyinin fəaliyyətində həqiqətən də bir çox mütərəqqi xarakterli yeniliklər yer almağa başlamışdır. İlk növbədə mədəniyyət sektorunda islahatların aparılması məqsədilə genişmiqyaslı və sistemli bir prosesə start verilmişdir. Bu islahat prosesi əsas dörd istiqamətlə diqqəti cəlb edir ki, bunlar da şəffaf və səmərəli idarəçiliyin qurulması, insan resurslarının gücləndirilməsi, fəaliyyət məzmununun zənginləşdirilməsi və iqtisadi modellərin tətbiq edilməsidir. Heç bir şübhə yoxdur ki, artıq bundan sonra mədəniyyətimizin canlandırılması və eyni zamanda doğma Qarabağımıza qaytarılması istiqamətində işlər daha böyük əzmkarlıq və daha yüksək səmərəliliklə həyata keçiriləcək.”
Saday Qasımov
Nazim Səmədov
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-06-2025
13-06-2025