Mobil versiya
İLHAMLI GÜNLƏRİN NƏĞMƏSİ
Tarix: 25-12-2020 | Saat: 10:58
Bölmə:Yazar4 | çapa göndər

İLHAMLI  GÜNLƏRİN   NƏĞMƏSİ



(Poemadan ixtisarla)


Sönməz işığısan elin, obanın,
Qeyrət simvolusan Azərbaycanın,
Ruhu pərvaz edir Heydər Atanın,
Oldun yurda layiq ərən, İlhamım.
Qoy uca amalın mübarək olsun,
Ey xalqın önündə duran İlhamım!

Odlar diyarının nurlu sabahı,
Xoşbəxt gələcəyi, əmin - rifahı.
Darda qalanların ümid, pənahı,
Zülmətin bağrını yaran İlhamım.
Qoy uca amalın mübarək olsun,
Ey xalqın önündə duran İlhamım !

Alqışa yüksələn əl səninlədir,
Ürək səninlədir, dil səninlədir.
Ellər pənahısan, el səninlədir,
Xalq səni əzizlər hər an, İlhamım.
Qoy uca amalın mübarək olsun,
Ey xalqın önündə duran İlhamım!

Əlacsız dərdlərin sənsən dərmanı,
Səndə qayalaşıb xalqın gümanı.
Daha da yüksəltdin Azərbaycanı,
Hər zaman yaradıb-quran İlhamım.
Qoy uca amalın mübarək olsun,
Ey xalqın önündə duran İlhamım!

Nə qədər qursa da öz hiyləsini,
Haqsız boğa bilməz haqqın səsini.
Xeyirin şər üstə qələbəsini,
Gördü gözləriylə cahan, İlhamım.
Qoy uca amalın mübarək olsun,
Ey xalqın önündə duran İlhamım!

Köksümə sığmayır nəşəm, şadlığım,
Şairəm, haqdandır qoşub-yazdığım.
Sənə kömək olsun, o əl basdığın,
Kəlamı müqəddəs ,, Quran", İlhamım.
Qoy uca amalın mübarək olsun,
Ey xalqın önündə duran İlhamım!

Zəkalı Öndərə layiqli varis,
Məramın müqəddəs, diləyin təmiz.
Səninlə fəxr edib, öyünürük biz,
Safdır könlündəki məram, İlhamım.
Qoy uca amalın mübarək olsun,
Ey xalqın önündə duran İlhamım!

*******************

Qəlbi sevgi, nəğmə dolu,
Gül-çiçəkdir sağı, solu.
Xalqın, elin işıq yolu,
Nur doğulub, nur yaranıb.

Hər kəlamı canlı əsər,
Xoş günlərə xalqı səslər.
Zəhmətini danan kəslər,
Bu dünyada kor yaranıb.

Alqış xalqa hörmətinə,
Qayğısına, diqqətinə.
Arxa durub miĺlətinə,
Tur doğulub, Tur yaranıb.

Vətən üçün can yandıran,
Haqsıza haqqı qandıran.
Dağ əzmiylə öndə duran,
Haqq səsiylə Sur yaranıb!

******************

Yanar ürəklərin alar odunu,
Tükənməz, çağlayan bulaqdı İlham.
Yenilməz, əlçatmaz uca dağ kimi,
Bu xalqa, bu elə dayaqdı İlham.

Dillərdə dolaşır şöhrəti, şanı,
Axır damarından ər Heydər qanı.
Böyük bir millətin Baş Komandanı,
Vətən keşiyində oyaqdı İlham.

Bu yurda, vətənə dar gündə yardı,
Hünəri, qeyrəti aləmə cardı.
Millətin ömrünə zinətdi, nurdu,
Sönməyən işıqdı, mayakdı İlham!

*******************

Xeyir- duasını Tanrıdan aldı,
Hünər meydanında qələbə çaldı.
Amalı, eşqiylə daim ucaldı,
Günəştək göylərdə doğan Prezident !

Sevindi millətdən gələn seçimə,
İnandı qeyrətli xalqın gücünə.
Xoş arzu, ilhamla xalqın içinə,
Həmişə üzüağ çıxan Prezident!

Qorunub şərindən bədnəfəslərin,
Kəsir sədasını bayquş səslərin.
Sədaqət andına dönük kəslərin,
Başında şimşəktək çaxan Prezident !

Dağlartək vüqarı, qüruru ilə,
Hər yeni zəfəri, uğuru ilə,
Həqiqət işığı, haqq nuru ilə,
Azman yağıları yıxan yıxan Prezident !
Şəri, qaranlığı boğan Prezident !

Xalqına, elinə bir həmdəm kimi,
Qəlbini millətə edib şəm kimi.
Dərdə şəfa verən saf ,, Zəm- zəm" kimi,
Yanar ürəklərə axan Prezident!

Millət, xalq sevgisi hopduqca qana,
Məhəbbət nurunu saçır hər yana.
Nura qərq etdiyi Azərbaycana,
Heydər Zirvəsindən baxan Prezident !

Mais Təmkin

AYB-nin üzv.
Heydər Zirvəsi" və ,, İlhamlı Azərbaycan" mükafatları laureatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024