Mobil versiya
Pentaqon Azərbaycan Ordusunun döyüş təcrübəsini öyrənir
Tarix: 23-11-2020 | Saat: 17:45
Bölmə:Manşet / Gündəm | çapa göndər

Pentaqon Azərbaycan Ordusunun döyüş təcrübəsini öyrənir



ABŞ ordusunun komandanlığı Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində düşmənə qarşı tətbiq etdiyi taktikanı öyrənməyə başlayıb.
Bu haqda “Breaking Defense” nəşri yazır. Bildirilir ki, Qarabağda kəşfiyyat və zərbə pilotsuz aparatlarının ənənəvi qüvvələrlə, yəni tanklar, piyada qüvvələri və artilleriya ilə kombinə edilmiş formada tətbiqi yeni təcrübədir.

Birləşmiş Ştatların Gələcəyin Ordusu Komandanlığından (Army Futures Command-AFC) yüksək rütbəli general anonimlik şərti ilə bildirib ki, Qarabağda gedən hərbi əməliyyatlar gələcəyin müharibələrində hadisələrin necə cərəyan edəcəyini təxmin etməyə imkan verir. Army Futures Command ABŞ ordusunun modernizasiyasına, gələcəyin döyüş sistemlərinin hazırlanmasına rəhbərlik edən strukturdur və 2018-ci ildə yaradılıb.

General deyib ki, Dağlıq Qarabağda Azərbaycan ordusu erməni zirehli texnikasını sürətlə məhv etmək üçün nəinki kəşfiyyat, eləcə də zərbə pilotsuz təyyarələrindən, habelə kamikadze-dronlardan kütləvi şəkildə istifadə edib. Bu taktika Azərbaycan Ordusuna imkan verib ki, erməni qüvvələrini sürətlə məğlub edib irəliləsin. Və ola bilsin gələcəkdə Çin və ya Rusiya ordusu da ABŞ-a qarşı müharibədə buna bənzər taktikadan istifadə edəcək. Ona görə də ABŞ ordusu indidən bu cür regional münaqişələrin təcrübəsini öyrənməlidir. (Virtualaz.org)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə