ÜST: COVİD-19-a yoluxanların 70 faizdən çoxuna lazımsız yerə antimikrob preparatları verilir
Tarix: 23-11-2020 | Saat: 10:34
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
Dünyada COVİD-19-a yoluxma səbəbinə görə xəstəxanaya yerləşdirlən xəstələrin 70 faizindən çoxuna lazımsız yerə antimikrob preparatları verilir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, COVİD-19-un xüsusi müalicəsi yoxdur:
“Müalicə üçün verilən preparatlar dolayısı ilə başqa xəstəliklərə yönəlib. COVİD-ə yoluxma zamanı pnevmonik hal təxminən 7-8 faiz genişlənir. Buna görə də buna uyğun antimikrob preparatların verilməsi lazımdır”.
H.Harmancı qeyd edib ki, dərmanların lazımsız yerə verilməsi orqanimzdə onlara qarşı davamlılığın yaranmasına səbəb olur.
ÜST rəsmisi dərman qəbulu ilə bağlı iki kateqoriyadan olan insanlara tövsiyəsinin olduğunu da söyləyib:
“Birinci həkimlərə müraciət edərək onlara tövsiyə edirəm ki, lütfən, xəstələrə lazım olmayan dərmanları yazmayın. Virusa yoluxanlara müraciət edərək deyirəm ki, mümkün olduğu qədər həkim nəzarəti olmadan dərman qəbul etməyin, apteklərdən həkim göstərişi olmadan antimikrob dərmanları alaraq içməyin!”
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər