Mobil versiya
Şuşada bayrağımızı ucaldan hərbçi: “Yaralı olsam da, sonadək döyüşdüm”
Tarix: 19-11-2020 | Saat: 16:47
Bölmə:Manşet / Gündəm | çapa göndər

Şuşada bayrağımızı ucaldan hərbçi:


Şuşanın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən igidlərimizdən biri də Səbuhi Abdullayevdir. O, Şuşaya ilk daxil olan, düşməni məhv edərək Azərbaycan bayrağını qədim şəhərdə dalğalandıran hərbçilərimizdəndir.

Əslən Şuşalı olan S.Abdullayev Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından sonra başlayan əks-hücum əməliyyatlarında fəal iştirak edib.

Qəhrəman hərbçi Azvision.az -a açıqlamasında bildirib ki, 44 günlük döyüşlərdə Azərbaycan əsgərlərinin şücaəti sayəsində düşmənin müqaviməti qırıldı, işğalçılar darmadağın edildi.

“Əvvəl düşmən müqavimət göstərirdi. Lakin gördü ki, heç bir faydası yoxdur. Ermənilər artıq geri çəkilirdi, döyüşdən qaçırdılar. Onlar hər şeyini qoyub qaçırdı. Ermənilər bizim əks hücumlarımıza tab gətirə bilmədilər və biz düşməni məhv elədik. Vətən, xalqımız, torpaqların geri qayıtması uğrunda canımızı fəda verdik. Boynuzumun borcudur və hər birimiz bunu edirik”.

14 il Şuşada yaşayan S.Abdullayev 28 il 6 ay həsrətdən sonra doğma şəhərinə qovuşduğunu söyləyib.

“Şuşaya ilk daxil olanda hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmirəm. Çox gözəl duyğu idi. Ən böyük arzum Şuşanı görmək idi və bu arzum reallaşdı. 28 il 6 aydan sonra mən doğma yurdumu - Şuşanı gördüm. Müdafiə Nazirliyinin Şuşa ilə bağlı təqdim etdiyi rolikin çəkilməsində özüm şəxsən iştirak etmişəm. Şuşadan çıxanda artıq yeniyetmə idim və hər şeyi, hər yeri xatırlayırdım. Şuşanın əsas yerlərini göstərdim videoya çəkdilər, yuxarıda bayrağın yanında hərbi salam verən mənim idim”.

S.Abdullayev bildirib ki, Şuşa onların qoyub getdiyi kimi qalmayıb: “O zaman Şuşanın 20 minə yaxın əhalisi olub. Hər kəs yaşadığı yeri abadlaşdırırdı. Şərəfsiz, murdar düşmən Şuşaya baxmamışdı. Çünki onların hər biri oradan-buradan gətirilənlər olub. Yaşayış olmayan yerlər dağılmışdı. Abadlaşma işləri aparılmayıb. Amma ermənilər Hadrutda, Xankəndində çox məskunlaşdığı üçün oralar yaxşı qalıb. Cəbrayıl, Füzuli darmadağın edilib. Cəbrayılın, Füzulinin həm özü, həm də bütün kəndləri dağıdılıb, daş üstündə daş qalmayıbı. Yalnız hərbi hissələr var idi”.

28 il Şuşa həsrəti ilə yaşayan S.Abdullayev şəhərə yaşamaq üçün ilk qayıdanlardan olacağını deyib: "Bu, mənim ən böyük arzum idi. Azərbaycan bayrağı Şuşada dalğalananda çox sevindim. Bayrağı sancanda yaralı idim. Səhər döyüşlərdə başımdan qəlpə yarası almışdım. Yaralı olsam da, sonadək döyüşüb bayrağı sancdım. Ondan sonra düşmənlə mübarizədə təkrar yaralandım. Amma təslim olmadım, düşməni məhv etdik.

Döyüşdə asan deyilən şey yoxdur. Bir məqsəd var idi - Vətəni azad etməliyik. Vətən bizim Vətəndir. Biz haqq yolunda idik, düşmənin əlindən alınan bizim torpağımız, bizim Vətənimizdir. Azərbaycanın hər qarışı bizim üçün çox əziz, müqəddəsdir. Hər birimiz torpaq, Vətən, xalq, dövlətimiz uğurunda, bayrağımızı dalğalandırmaq üçün canımızı verməyə hazır olduğumuzu sübut etdik”.

Hazırda Bakı Sağlamlıq Mərkəzində müalicəsini davam etdirən igid hərbçimiz ötən gün əməliyyat olunduğunu qeyd edib: “Qəlpələri çıxardılar. Vəziyyətim yaxşıdır. 2016-ci ilin aprel döyüşlərində də yaralandığım üçün bir qədər başımda ağrı var. Ümumilikdə isə vəziyyətim normaldir. Sağaldıqdan sonra yenidən döyüş yoldaşlarımın yanına qayıdacağam”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024