“Uşaqlarımızı geri qaytarın!” - İrəvanda əsgər valideynləri aksiya keçirir
Tarix: 16-11-2020 | Saat: 15:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qarabağ döyüşlərində itkin düşmüş erməni hərbi qulluqçuların valideynləri, qohumları Ermənistan müdafiə nazirliyinin binası qarşısına toplaşaraq övladlarının, qardaşlarının, həyat yoldaşlarının harada olduqları sualına cavab tələb ediblər.
Azvision.az xəbər verir ki, hazırda Müdafiə Nazirliyinin binası yaxınlığında vəziyyət gərgindir. Valideynlər övladlarının koordinatlarının verməsini tələb edirlər. Bildirirlər ki, onlar özləri övladlarının ardınca getməyə hazırdırlar.
Eyni zamanda Müdafiə Nazirliyinin inzibati binasının girişi polislər tərəfindən bağlanıb.
“Uşaqlarımız haradadır?”, “Uşaqlarımızı geri qaytarın!”, “Niyə siyahıların heç birində yoxdurlar”, - deyə onlar etiraz ediblər.
Qarik Mxitaryan adlı aksiya iştirakçısı bildirib ki, oğlu avqust ayında orduya çağırılıb. Təcrübəsi olmadan müharibənin əvvəlindən cəbhə bölgəsinə göndərilib. İndi oğlu haqqında hər hansı məlumat yoxdur, siyahıların heç birində adına rast gəlinməyib.
Digər bir valideyn Artur Kirakosyan hələ də övladlarını tapmadığını deyib. Oktyabrın 10-dan oğlu ilə bağlı xəbərsizdir. Təkcə onun oğlu deyil, bütün batalyon yoxa çıxıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-04-2025
05-04-2025