Mobil versiya
ABŞ-da türk restoranına hücum edən ermənilərdən biri həbs olundu
Tarix: 13-11-2020 | Saat: 09:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ-da türk restoranına hücum edən ermənilərdən biri həbs olundu


ABŞ-ın Beverli Hils şəhərində türklərə məxsus “Cafe Istanbul” restoranına hücum edən erməni icmasının radikal üzvlərindən biri saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Beverli Hils şəhərinin Polis Departamentinin saytı məlumat yayıb.

Bildirilib ki, Federal Təhqiqat Bürosu və Los-Anceles Polis Departamentinin ilə birgə aparılan istintaq nəticəsində noyabrın 4-ü cinayətin törədilməsində əsas şübhəli bilinən şəxslərdən biri həbs olunub. Həmin şəxs ötən gün səhər Qlendeyl şəhərində saxlanılıb.

Qeyd edək ki, Beverli Hils Polis İdarəsinin məlumatına əsasən 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vurub.

Cinayətkarlar Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-02-2025