Mobil versiya
Vəzir Həsənov: “Azərbaycanın qələbəsi Türkiyə-Azərbaycan birliyinin daha bir təsdiqidir”
Tarix: 11-11-2020 | Saat: 16:51
Bölmə:Gündəm | çapa göndər

Vəzir Həsənov: “Azərbaycanın qələbəsi Türkiyə-Azərbaycan birliyinin daha bir təsdiqidir”






“Azərbaycan cəmi 44 gün ərzində apardığı hərbi əks-hücum əməliyyatları nəticəsində Ermənistanın beş ilə işğal etdiyi və sonra da 30 il ərzində müdafiə istehkamları quraraq möhkəmləndiyi əraziləri tamamilə azad etdi. Bu, əlbəttə ki, dünya hərb sənətində müasir lokal müharibələrin aparılma taktikası baxımından öyrəniləcək unikal hərbi münaqişə olacaq. Eyni zamanda da Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun əldə etdiyi bu tarixi qələbə Azərbaycanı dünyaya artıq həm də yeni və daha fərqli bir imiclə tanıtmış oldu.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində Sumqayıt Gömrük Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vəzir Həsənov demişdir.


Əməkdaşımızın suallarını cavablandıran general Vəzir Həsənov xüsusi olaraq vurğulamışdır ki, əgər kimlərsə xalqımızın sülsevərliyini və qonaqpərvərliyini səhvən acizlik kimi qəbul etmək və bundan sui-istifadə etmək fikrinə düşərlərsə bu zaman onlar öz layiqli cavablarını alacaqlar: “Azərbaycan xalqı sülsevər xalqdır. Bunu bütün dünya bilir. Bu gün Azərbaycanda hökm sürən multikulturalizm və tolenrantlıq mühiti imkan verir ki, ölkəmizdə bir çox millətlərin nümayəndələri, fərqli mədəniyyətlərə və dinlərə məxsus olan insanlar birlikdə, sülh və əmin-amanlıq içərisində yaşasınrlar, çalışsınlar, qurub-yaratsınlar. Bizim qonaqpərvərliyimiz də bütün dünyaya məlumdur. Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışlarında və müsahibələrində dəfələrlə dediyi kimi, Azərbaycan monoetnik Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir və bizim gücümüz də bundadır. Lakin sülhsevərlik acizlik anlamına gəlməməlidir. Mənfur erməni işğalçıları da düşünürdülər ki, zəbt etdikləri torpaqlarımızda əbədi qalacaqlar. Lakin Ali Baş Komandanımızın polad iradəsi, Azərbaycan Ordusunun yenilməz qüdrəti, xalqımızın sarsılmaz birliyi və ən əsası da Azərbaycan xalqının öz liderinə şəksiz inamı düşmənin bütün planlarını bir anın içərisində alt-üst etdi. Bundan sonra da torpaqlarımıza, xalqımıza xor baxanları yalnız belə aqibət gözləyəcək.”

Daha sonra Vəzir Həsənov torpaqlarımızın azad edilməsi uğrunda ordumuzun apardığı hərbi əməliyyatların dünyanın bir çox hərbi ekspertləri tərəfindən də izlənildiyini və taktiki baxımdan yüksək qiymətləndirildiyini qeyd etmişdir: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərlə başa çatdırdığı Vətən müharibəsinin gedişində baş verən döyüşlər, keçirilən hərbi əməliyyatlar müasir lokal müharibələrin aparılma taktikasına bir çox yeniliklər verdi. Bu baxımdan dünyanın bir çox hərbi ekspertləri tərəfindən ordumuzun döyüş taktikası öyrənilir və yüksək qiymətləndirilir. Müasir silahların, yüksək texnologiyaların geniş tətbiqi ilə dəqiq zərbələrin həyata keçirilməsi, əks-hücum əməliyyatlarında canlı qüvvə itkilərinin minimuma endirilməsi Azərbaycan Ordusunun yüksək hazırlığından və təchizatından xəbər verir. Keçirilən hərbi əməliyyatların bir unikallığı da bu oldu ki, Azərbaycan Ordusu düşmən tərəfindən beş ilə işğal edilmiş və növbəti 30 il ərzində müxtəlif hərbi-mühəndis qurğuları, müdafiə istehkamları, keçilməz mina sahələri vasitəsilə möhkəmləndirilmiş əraziləri cəmi 44 gün ərzində azad etdi. Bu həqiqətən də ordumuzun yüksək döyüş qabiliyyətindən və Ali Baş Komandanımızın yenilməz iradəsindən xəbər verən bir faktdır. Artıq bütün dünya Azərbaycanı həm də Vətən müharibəsindən qalib çıxan bir dövlət, öz suverenliyini, ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətində olan bir ölkə olaraq tanımaq və qəbul etmək məcburiyyətindədir.”

Həmçinin öz müsahibəsində general Vəzir Həsənov qardaş Türkiyənin də bütün bu hadisələrin gedişi zamanı ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirərək bunları demişdir: “Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən bəri apardığı son dərəcə uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan yüksək beynəlxalq nüfuza malik olan bir ölkəyə çevrilmişdir. Ölkəmiz bir çox nüfuzlu beynəlxalq qurum və təşkilatlarda aparıcı rol oynamaqdadır. Bütün dünyada Azərbaycanın dostlarının sayı durmadan artır. Lakin bu dostların sırasında qardaş Türkiyənin yeri əlbəttə ki, ayrı və xüsusilə önəmlidir. O cümlədən Türkiyə Azərbaycana öz torpaqlarının azad edilməsi uğrunda apardığı ədalətli Vətən müharibəsi günlərində də ilk gündən dəstək vermiş və hər zaman yanımızda olmuşdur. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edərkən məhz bu sözləri demişdir: “Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi.” Əlbəttə ki, bu dəstək ilk növbədə bir millət, iki dövlət amilindən qaynaqlanır. Cənab Ali Baş Komandanımızın da da dediyi kimi, bu qələbə bizim müştərək qələbəmizdir və Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Mən yaranmış fürsətdən istifadə edərək bir daha başda cənab Ali Baş Komandan olmaqla bütün xalqımızı bu möhtəşəm tarixi qələbə münasibətilə ürəkdən təbrik edirəm. Yaşasın Azərbaycan!”

aia.az
Abbas Abbasov
Elbrus bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024