Mobil versiya
Manaf Manafov: “Ali Baş Komandan Ulu Öndərin vəsiyyətinə əməl etdi”
Tarix: 11-11-2020 | Saat: 12:11
Bölmə:Gündəm | çapa göndər

Manaf Manafov: “Ali Baş Komandan Ulu Öndərin vəsiyyətinə əməl etdi”





“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad etməklə Azərbaycanın apardığı Vətən müharibəsinin ən şərəfli tarixlərindən birinə imza atdı. Möhtərəm dövlət başçımız Ulu Öndər Heydər Əliyevin vəsiyyətinə əməl etməklə həm də ümummilli liderimizin ruhunu şad etdi. Eyni zamanda da Şuşanın geri alınması Azərbaycanın Vətən müharibəsində həlledici məqam kimi vacib rol oynadı.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatları Birliyinin rəisi Manaf Manafov demişdir.

Əməkdaşımızın suallarını cavablandıran müsahibimiz qeyd etmişdir ki, Ermənistan hökumətinin müxtəlif təxribatlar törətmək vasitəsilə öz sonunu mümkün qədər uzatmağa çalışmaq cəhdləri bu dəfə də boşa çıxdı: “Son vaxtlar Ali Baş Komandan cənab İlham Əliyevin dünyanın aparıcı informasiya agentliklərinə verdiyi müsahibələr bir tərəfdən Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində gedən hərbi əməliyyatlar barədə dünya ictimaiyyətini düzgün məlumatlandırmaq, digər tərəfdən də Ermənistanın və işğalçılara dəstək olan ermənipərəst qüvvələrin yalanlarını ifşa etmək məqsədi güdürdü. Azərbaycanın apardığı Vətən müharibəsinin gedişində Şanlı Ordumuzun uğurla keçirdiyi hərbi əməliyyatlar Cənubi Qafqaz regionunda yeni reallıqların formalaşmasını şərtləndirdi. Bu isə əlbəttə ki, mürtəce Ermənistan hakimiyyətini və onların havadarlarını çox narahat edirdi. Buna görə də artıq iflas həddində olan Ermənistan ən çirkin təxribatlara əl atmaqla hərbi əməliyyatlara üçüncü ölkələri cəlb etməyə və bununla da öz süqutunun vaxtını uzatmağa çalışırdı.”

Həmçinin Manaf Manov belə bir məqamı da xüsusi olaraq vurğulamışdır ki, hətta Azərbaycan Ordusu cəbhədə ardıcıl qələbələr əldə etdiyi bir vaxtda belə, Ölkə Prezidenti cənab İlham Əliyev özünün və xalqımızın insanpərvərliyini bütün dünyaya bir daha nümayiş etdirərək Ermənistan tərəfinə hərbi əməliyyatlardan mümkün qədər az itkilərlə çıxmaq üçün dəfələrlə şans vermişdi: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü büyün dünyaya nümayiş etdirdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. İndi Azərbaycan Ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Bununla belə dövlətimizin başçısı dəfələrlə bəyan etmişdi ki, Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Lakin atəşkəs rejimini hər dəfə kobud şəkildə pozan Ermənistan hər dəfə siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirirdi. Əlbəttə ki, belə bir rejimə etibar etmək çətindir. Paşinyan rejimi öz təxribatlarını dayanmadan davam edirdi. Erməni hərbçiləri mülki əhalini hədəfə alırdılar. Və Ali Baş Komandanımızın da dediyi kimi, qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması əsil terror aktıdır. Buna görə də bütün bu təxribatlara son qoymaq üçün Şanlı Azərbaycan Ordusu öz zəfər yürüşünü sonadək davam etdirdi.”

Daha sonra Manaf Manafov Şuşa şəhərinin işğaldan azad olunmasının həm strateji, həm də mənəvi baxımdan müstəsna əhəmiyyət kəsb etdiyini xüsusi olaraq qeyd etmişdir: “Noyabr ayının 8-də Şanlı Azərbaycan Ordusu 27 ildən artıq müddət ərzində işğal altında olan Şuşa şəhərini düşməndən azad etdi. Şuşanın Azərbaycan və azərbaycanlılar üçün nə demək olduğunu təkrarlamağa ehtiyac yoxdur. Şuşa bizim canımız, ruhumuz, namusumuzdur. Şuşanın azad edildiyi gün heç şübhəsiz Azərbaycanın apardığı bu Vətən müharibəsində ən böyük zəfər günlərindən biri kimi gələcək nəsillər tərəfindən də daima qeyd olunacaq. Şuşanın azad etməklə ilə Ali Baş Komandanımız həm xalqımızın qürurunu özünə qaytardı , həm də Ulu Öndər Heydər Əliyevin vəsiyyətinə əməl etməklə ümummilli liderimizin ruhunu şad etdi. Həmçinin bu zəfər Azərbaycanın apardığı Vətən müharibəsinin möhtəşəm sonluğunu yaxınlaşdırdı. Şuşadan qovulan erməni silahlı birləşmələri artıq süquta uğradıqlarını özləri də etiraf etməli oldular. Və bu etirafın ifadəsi olaraq Ermənistan hərbi əməliyyatların dayandırılmasına dair məlum üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldılar. Həqiqətən də bu sənəd mahiyyət etibarı ilə Ermənistanın kapitulyasiya aktı oldu. Bütün dünya bilməlidir ki, Azərbaycan Ordusu döyüş meydanında yalnız tarixi ədaləti bərpa etdi. Bizim heç kəsin torpağında gözümüz yoxdur. Lakin Azərbaycan xalqı öz ərazilərini bərpa etmək hüququna sahibdir və bu gün biz bu hüququmuzu təmin etdik!”

aia.az
Abbas Abbasov
Rlbrus bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024