Mobil versiya
AHİK-ə Türkiyə həmkarlar ittifaqlarından məktub gəldi
Tarix: 22-10-2020 | Saat: 19:48
Bölmə:Manşet / Siyasət | çapa göndər

AHİK-ə Türkiyə həmkarlar ittifaqlarından məktub gəldi



TÜRK-İŞ Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasınn sədri Ergün Atalay AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevə məktub göndərib. Məktubda deyilir ki, 2020-ci il oktyabrın 20-də Pan Avropa Regional Şurasının (PARŞ) İdarə Heyətinin video formatda iclası keçirilib.

İclasda söz alan TÜRK-İŞ-in nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini dəstəkləyən və Ermənistanın dərhal geri çəkilməsini tələb edən qərarlarına baxmayaraq, Ermənistan işğalçı siyasətini bu gün də davam etdirir.
Təmsilçimiz öz çıxışındaErmənistanı mülki şəxslərə və mülki yaşayış məntəqələrinə hücumlarına görə qınayıb vəAzərbaycan ərazilərindən çıxmamaqda israr etdiyini və işğalçılıq hərəkətlərini davam etdirdiyini bildirb.
TÜRK İŞ-in təmsilçisi həmin tədbirdə bu zorakılıq və işğala qarşı susmamalı olduğumuzu və azərbaycanlı qardaşlarımızı sona qədər dəstəklədiyimizi bildirib və bu məsələnin PARŞ İdarə Heyəti iclasının gündəliyinə daxil edilməməsini də tənqid edib.
Ergün Atalay öz məktubunda bir daha əmin edib ki, Konfederasiyamız bütün beynəlxalq platformalarda azərbaycanlı qardaşlarımızı dəstəkləməyə davam edəcəkdir.
AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev TÜRK-İŞ Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə göndərdiyi cavab məktubundaAzərbaycanın apardığı ədalət savaşında daim dəstək olduqlarına görə Türkiyəli qardaşlarımıza minnətdarlığını və təşəkkürlərini çatdırıb.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024