Mobil versiya
Ermənistanın artilleriya batareyası məhv edildi, alay komandirinin müavini yaralandı
Tarix: 16-10-2020 | Saat: 09:20
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ermənistanın artilleriya batareyası məhv edildi, alay komandirinin müavini yaralandı



Oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qalıb.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri düşmən dünən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub.

Gecə ərzində cəbhənin bəzi istiqamətlərində düşmən fəallaşmağa cəhd göstərib. Qoşunlarımız tərəfindən bunun qarşısı alınıb, düşmən ciddi itki verib.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub.
5-ci dağatıcı alayın müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır.

10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.

9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb.
Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5439 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2020