Mobil versiya
Ermənilərin atəşi nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralanıb
Tarix: 09-10-2020 | Saat: 13:07
Bölmə:Karusel / Hadisə | çapa göndər

Ermənilərin atəşi nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralanıb


2020-ci il 09 oktyabr tarixində səhər saatlarında erməni silahlı qüvvələrinin növbəti dəfə dinc əhalini hədəfə alması nəticəsində Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Füzuli regional idarəsinin əməkdaşı 30 noyabr 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu ağır şəkildə yaralanmış və əməliyyat olunmaq üçün təcili xəstəxanaya çatdırılıb.

ANAMA-dan aia.az-a verilən məlumata görə, yaralıda 3 ədəd qəlpə yarası aşkar edilib və hal-hazırda cərrahiyyə əməliyyatı davam edir. S.H.Əsədovun vəziyyəti ağır olaraq qalır.

Qeyd olunanlar bir daha sübut edir ki, erməni silahlı qüvvələri mülki əhali və obyektləri atəşə tutmaqla yanaşı əhalinin təhlükəsizliyini təmin edən humanitar minatəmizləmə ilə məşğul olan Agentliyin işçi heyətini də hədəfə alırlar.

Qeyd etmək istəyirik ki, hal-hazırda cəbhəboyu mülki ərazilərdə infrastrukturun, mülki obyektlərin və yerli əhalinin təhülkəsiyliyinin təmin edilməsi məqsədilə Agentliyin işçi heyəti 24 saatlıq fasiləsiz iş rejimi ilə fəaliyyət göstərir.

Həmin ərazilədə yerləşən şəhər, rayon və onlara daxil olan kəndlərdə Agentlikdə təşkil olunan qruplar tərəfindən sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydaları, Mina Təhlükəsinə dair Maarifləndirmə və xəbərdarlıq istiqamətində tədliğat fəaliyyəti həyata keçirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

51 444 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2020