Mobil versiya
Asim Mollazadə: Aİ-nin Dağlıq Qarabağa yardımı gələnə qədər Azərbaycan ordusu oranı işğaldan azad edəcək
Tarix: 02-10-2020 | Saat: 17:19
Bölmə:Siyasət | çapa göndər

Asim Mollazadə:


Avropa İttifaqının Dağlıq Qarabağda yaşayan ermənilərə yardımı bir ünvana, yəni Azərbaycana gələcək çünki onların yardımı gələnə qədər Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağı işğaldan azad edəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat bildirib ki, ancaq hansısa işğalçı rejimə verilən yardım əslində Avropanın prinsiplərini pozur və beynəlxalq hüquq normalarına ziddir:

“Yardım ancaq o zaman verilən bilər ki, Azərbaycan öz sülh missiyasını yekunlaşdırsın. Hazırda Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağda sülhməramlı missiya həyata keçirir. Ondan sonra Avropa Birliyi bərpa işlərinə dəstək verə bilər”.

A.Mollazadə bildirib ki, bu gün beynəlxalq təşkilatların sülh çağırışları yersizdir: “Beynəlxalq təşkilatlar 30 ildir ki, bizə öz acizliklərini nümayiş etdirirlər çünki onların bir çoxunun fəaliyyəti hada çox diplomatik turizmə bənzəyir. Misal üçün Minsk qrupunun həmsədrləri Avropanın ən gözəl paytaxtlarında toplantılar keçirirlər və bu bir növ turizm diplomatiyasıdır”.

A.Mollazadə həmçinin Fransa prezidenti Emanuel Makronun cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanatına da toxunub: “Mən Fransanın rəhbəri Makrona öz təşəkkürümü bildirmək istəyirəm, çünki Makron nəhayət Fransanın Minsk qrupunda apardığı işlərin iç üzünü açdı və öz bəyanatları ilə Fransanı həmsədrlikdən demək olar ki, çıxardı. Nəhayət Minsk qrupu bəlkə bundan sonra formalaşa bilər. Həqiqətləri açdığına görə Makron çox sağolsun”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024