Bahar Muradova erməni analarına müraciət edib
Tarix: 02-10-2020 | Saat: 16:49
Bölmə:Gündəm | çapa göndər

Mən üzümü erməni analarına tutaraq demək istəyirəm ki, övladlarınızın hərbi avantüraya dəstək verməsinə imkan verməyin, onların təcavüzkar Ermənistan üçün həlak olmasına razı olmayın.
Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Erməni analarını övladlarını qorumağa səsləyən B.Muradova deyib ki, onlar övladlarının təcavüzkar, terrorçu orduda döyüşməsinin qarşısını ala, buna etiraz edə bilərlər: "Ermənistanda itirdikləri əsgərlərin yerini doldurmaq üçün qadınlardan ibarət batalyonun yaradılması qərarı verilib. Görün, düşmən nə qədər acınacaqlı bir durumdadır! Bu gün Azərbaycan qadını Vətəninə qanı, canı hesabına xidmət edən övlad böyüdür. Onlar ehtiyac olan xəstəxanalarda yaralı oğullarımıza qulluq edirlər. Erməni analar öz oğullarını xilas etmək istəyirlərsə, ilk növbədə Akopyanın bu hərəkətinə, avantürasına etiraz etməlidirlər'.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər