Mobil versiya
Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı adından BƏYANAT
Tarix: 30-09-2020 | Saat: 16:06
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı adından



Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixində səhər saat 600 radələrində Ermənistan silahlı qüvvələri 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, dinc əhalinin yaşadığı yaşayış məntəqələrini müxtəlif növ silahlardan intensiv atəşə tutmuşlar. Nəticədə, mülki şəxslər arasında həlak olanlar və yaralananlar olmuş, çox sayda dinc əhalinin evləri dağıdılmış, təsərrüfatlarına ciddi ziyan dəymişdir. Ermənilərin bu növbəti aqressiyasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyevin əmri ilə ordumuz bütün təmas xətti boyu əks hücuma keçmişdir, düşmənin müdafiə xətti, hərbi texnika və canlı qüvvəsi məhv edilmiş, Füzuli və Cəbrayıl istiqamətində 7 kənd, bir çox yüksəkliklər və Murovdağ zirvəsi düşmən işğalından azad edilmişdir.

Döyüşlər başlayan ilk gündən xalq daim ətrafında sıx birləşdiyi, etimad göstərdiyi Cənab Prezident İlham Əliyevə, müzəffər ordumuza dəstək nümayiş etdirmişdir. On minlərlə Vətən oğlu şanlı qələbələr yazan ordumuza qatılmaq, torpaqlarımızı işğaldan azad etmək üçün könüllü olaraq hərbi qurumlara müraciət etmişdir. Heç şübhəsiz ki, ordumuzun bu parlaq qələbələri, ən mükəmməl səviyyədə təcəssüm etdirilən xalq və dövlət vəhdətinin ərsəyə gəlməsinin əsas səbəbi, Cənab Prezident İlham Əliyevin uzun illər ərzində yürütdüyü ordu quruculuğu, daxili və xarici siyasətdə atılan uğurlu addımları təşkil edir.

Bu çətin, eyni zamanda şərəfli günlərdə cəbhədən gələn xoş xəbərlər hər bir Azərbaycan vətəndaşında torpaqlarımızın tezliklə işğaldan azad olunacağına olan inamını daha da qüvvətləndirir. İnanırıq ki, bu haqq işimizdə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə döyüşən güclü ordumuz qısa zamanda üçrəngli bayrağımızı işğal altındakı şəhər və kəndlərimizdə dalğalandıracaq.
Bu müqəddəs amala çatmaq üçün cəsur əsgər və zabitlərimizə inanır, yaralanan hərbi qulluqçulara şəfa diləyir və şahid olan vətən oğullarına Allahdan rəhmət diləyirik.

Cənab Prezident İlham Əliyevin səsləndirdiyi “Zəfər bizimdir, biz qələbə çalacağıq!” sözlərinə olan inamla zəfər bizim olacaq.



Azərbaycan Milli Elmlər Akademiyası
Azad Həmkarlar İttifaqının sədri, h.ü.e.d., professor
Habil Qurbanov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024