Mobil versiya
Şuşa rayonunun ümumtəhsil məktəbləri üzrə ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlarla görüş keçirilib - FOTOLAR
Tarix: 24-09-2020 | Saat: 17:22
Bölmə:Təhsil | çapa göndər

Şuşa rayonunun ümumtəhsil məktəbləri üzrə ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlarla görüş keçirilib



24 sentyabr 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzinin qarşısında Şuşa rayonunun ümumtəhsil məktəbləri üzrə ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlarla görüş keçirilib.

Görüşdə Şuşa Rayon İcra Hakimiyyətinin başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, YAP Şuşa rayon təşkilatının sədri, eyni zamanda Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev və valideynlər iştirak ediblər.
Yüksək nəticə göstərmiş məzunlar rayon icra hakimiyyəti və təhsil şöbəsi tərəfindən “Fəxri Fərman” və mükafatlar təqdim edilmiş, onlara tələbəlik həyatında uğurlar arzulanmışdır.

Ali məktəbə qəbul olunanlar içərisində 2 dəfə Beynəlxalq və 3 dəfə Respublika fənn olimpiadalarının qalibi olmuş, eyni zamanda tam orta məktəbi Qızıl medallla bitirmiş Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin məzunu Vüqar Quliyevin uğurları xüsusi qeyd edilmişdir.

aia.az











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024