Ana Sayfa > Təhsil > Şuşa rayonunun ümumtəhsil məktəbləri üzrə ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlarla görüş keçirilib

Şuşa rayonunun ümumtəhsil məktəbləri üzrə ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlarla görüş keçirilib


24-09-2020, 17:22. Yazar: sevinc1
Şuşa rayonunun ümumtəhsil məktəbləri üzrə ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlarla görüş keçirilib



24 sentyabr 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzinin qarşısında Şuşa rayonunun ümumtəhsil məktəbləri üzrə ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlarla görüş keçirilib.

Görüşdə Şuşa Rayon İcra Hakimiyyətinin başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, YAP Şuşa rayon təşkilatının sədri, eyni zamanda Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev və valideynlər iştirak ediblər.
Yüksək nəticə göstərmiş məzunlar rayon icra hakimiyyəti və təhsil şöbəsi tərəfindən “Fəxri Fərman” və mükafatlar təqdim edilmiş, onlara tələbəlik həyatında uğurlar arzulanmışdır.

Ali məktəbə qəbul olunanlar içərisində 2 dəfə Beynəlxalq və 3 dəfə Respublika fənn olimpiadalarının qalibi olmuş, eyni zamanda tam orta məktəbi Qızıl medallla bitirmiş Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin məzunu Vüqar Quliyevin uğurları xüsusi qeyd edilmişdir.

aia.az








Geri dön