Mobil versiya
Sakinlər su problemi ilə bağlı yolu bağlamağa cəhd etdi: Saxlanılanlar var
Tarix: 18-09-2020 | Saat: 14:36
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Sakinlər su problemi ilə bağlı yolu bağlamağa cəhd etdi:



Göyçay rayonunda bir qrup sakin yolu bağlamağa cəhd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Göyçay rayonu Çərəkə kəndinin bir qrup sakini su problemi ilə əlaqədar Göyçay-Ucar avtomobil yolunu bağlamağa cəhd edib:

“Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal cəhdin qarşısı alınıb, yolda nəqliyyatın hərəkəti tam bərpa edilib. Onlarla aparılan izahedici söhbətlərdən sonra sakinlər evlərinə qayıdıb, lakin onlardan üç nəfər karantin rejimi qaydalarını pozduğu üçün şöbəyə gətirilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib”


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024