Mobil versiya
Parlament xanım deputatların adlarını səhv salan jurnalistlərə xəbərdarlıq etdi
Tarix: 18-09-2020 | Saat: 10:57
Bölmə:Manşet / Siyasət | çapa göndər

Parlament xanım deputatların adlarını səhv salan jurnalistlərə xəbərdarlıq etdi


Milli Məclisin komitə iclasları barədə mətbuatda və sosial mediada gedən yazılarda bəzən müzakirələrdə çıxış edən deputatların adları düzgün göstərilmir. Bu isə, öz növbəsində, oxucularda anlaşılmazlıq yaradır və haqlı suallara səbəb olur.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayıb.

Sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Jalə Əhmədovanın fikirləri deputat Jalə Əliyevanın söylədiyi fikirlər kimi təqdim edilib.

“Qeyd edək ki, deputat Jalə Əliyeva ümumiyyətlə İnsan hüquqları komitəsinin üzvü deyil və həmin iclasda iştirak etməyib. Parlamentdə keçirilən iclaslardan informasiya hazırlayarkən belə məsələlərdə xüsusilə diqqətli olmağınızı xahiş edirik”,-deyə Milli Məclisin mətbuat xidməti xəbərdarlıq edib.

Xatırladaq ki, Jalə Əhmədova sentyabrın 17-də parlamentin İnsan hüquqları komitəsinin iclasında sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olmasını təklif edib.

Bəzi jurnalistlər isə onu digər deputat Jalə Əliyevanın fikri kimi təqdim ediblər.

Jalə Əliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavinidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5812 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2020