Mobil versiya
Bakıda yeni yol tikilir
Tarix: 25-03-2016 | Saat: 15:18
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


Sürücülərə alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.

Sabahdan etibarən Bakı şəhərində daha bir yolun tikintisinə başlanacaq.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq martın 26-dan etibarən sözügedən avtomobil yolunda “Azəravtoyol” ASC tərəfindən tikinti işlərinə start verilir.

Tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru başlanır.

Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Sürücülərə tikinti işlərinin başlanmasını nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024